Icma.az
close
up
RU
Kəlbəcərin turizm potensialı ilə bağlı yeni konsepsiya HAZIRLANIB

Kəlbəcərin turizm potensialı ilə bağlı yeni konsepsiya HAZIRLANIB

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Kəlbəcərin turizm potensialı, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır.

Dövlət Turizm Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən Kəlbəcərin turizm və rekreasiya resurslarının mövcud vəziyyətinin öyrənilməsi, resurslarının qiymətləndirilməsi, turizm dəhlizləri, turizm inkişaf potensialı və prioritet turizm məhsulları sahələri üzrə araşdırılma işləri aparılıb.

Qeyd olunub ki, məsələ ilə əlaqədar müvafiq hesabatlar və “Kəlbəcər Turizm İnkişaf Konsepsiya” sənədi hazırlanıb:

“Sənəddə Kəlbəcərin 2040-cı ilədək il boyu turizm fəaliyyətlərinin təşkili və Cənubi Qafqaz regionunda ən çox səfər edilən turizm destinasiyalarından birinə çevrilməsi hədəflənir.

Kəlbəcər rayonunda turizmin inkişafını səciyyələndirən əsas amillər aşağıdakılardır:

Ərazinin relyefi: yüksəklik və meyilliliklər, maraqlı geoloji quruluşlar, kanyonlar, dik qayalıqlar

Landşaftı: bioloji müxtəliflik, meşə əraziləri, flora və faunanın zənginliyi

Su hövzələri: çaylar, göllər, termal və mineral su ehtiyatları, bulaqlar

İqlim şəraiti: ekoloji təmiz hava, illik qar yağıntısı, turizm və rekreasiyanın inkişafı üçün yaratdığı digər imkanlar

Tarixi, arxeoloji və memarlıq abidələri.

Yuxarıda sadalanan faktorlar Kəlbəcər rayonunda təbiət (ekoturizm), dağ turizmi (qış turizmi də daxil olmaqla), macəra, sağlamlıq, mədəni və kənd turizminin (aqroturizm daxil olmaqla) inkişafı üçün əlverişli zəmin formalaşdırır. Hayking, trekinq, istiqamət müəyyən etmə, mağara marşrutları, qayaya dırmanma, quş müşahidəsi kimi təbiət turizm fəaliyyətlərinin formalaşması potensialı mövcuddur.

Aktiv və macəra turizminin inkişafı istiqamətində Kəlbəcərin imkanları yüksək qiymətləndirilir. Rayonun sahib olduğu geniş su ehtiyatları hesabına burada yerləşən çay və göllərdə balıqçılıq, raftinq (salçılıq) və s. idman və rekreasiya fəaliyyətlərinin yaradılması mümkün hesab olunur”.

Qeyd edilib ki, bununla yanaşı, Kəlbəcər rayonu ərazisində özünəməxsus krater gölləri mövcuddur, onların ümumi sayı 30-a yaxındır:

“Bunlar arasında ən çox turizm məqsədli istifadə oluna biləcək göllər kimi Böyük və Kiçik Alagöllər, Böyükgöl, Dibgöl, Əyrigölü misal çəkmək olar.

Turizm baxımından önəmli hesab edilən abidələrin əksəriyyətinin dağlıq və dağ ətəyi ərazilərdə yerləşməsinə görə Kəlbəcəri açıq hava tarixi abidələr muzeyi də adlandırmaq olar. Kəlbəcərin tarixi-arxeoloji irsinin əsas hissəsini Qafqaz Albaniyası dövlətinin müxtəlif dövrlərinə aid memarlıq abidələri təşkil edir.

Bundan əlavə, Kəlbəcərin Alagöl, Zalxagöl və Qaragölün sahillərində, həmçinin Pəriçinqılı, Ayıçınqılıda, Dəlidağın ətəklərində və Lülpər sahələrində 8000-ə yaxın qayaüstü təsvirlər, Zar kəndinin yaxınlığında mağara düşərgəsi qədim yaşayış məskəni kimi turizm nümayiş obyekti olaraq istifadə edilə bilər.

Kəlbəcər, həmçinin termal və mineral su ehtiyatları baxımından zəngindir ki, bu da tarixən mövcud olan balenoloji və sağlamlıq turizminin inkişaf etdirilməsinə şərait yaradır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Fevral 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri