Icma.az
close
up
RU
Kəmaləddin Heydərovun bacanağının şirkətində yeni təyinat olub

Kəmaləddin Heydərovun bacanağının şirkətində yeni təyinat olub

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən İqbal Nəbi oğlu Rüstəmov “Azsığorta” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü təyin edilib. “PostMedia” xəbər verir ki, İqbal Rüstəmovun karyerası əsasən Azərbaycan bank və texnologiya sektorunu əhatə edir. O, indiyədək “Bank of Baku” ASC, “Kapital Bank” ASC və “AFB Bank” ASC-də İdarə Heyətinin sədr müavini olaraq çalışıb.

Hazırda isə “PashaPay” MMC-də Ekspert məhsul lideri vəzifəsində çalışır.

İqbal Rüstəmov Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat və Kibernetika ixtisası üzrə bakalavr dərəcəsi alıb, Yale School of Managementin idarəetmə təlimini və IE Business School Executive MBA proqramlarını bitirib.

Hazırda “Azsığorta” ASC-nin Direktorlar Şurası aşağıdakı tərkibdə fəaliyyət göstərir: sədr – Direktorlar Şurasının müstəqil üzvü Viladi Maniyev, Direktorlar Şurasının üzvü Elnur Qurbanov və Direktorlar Şurasının müstəqil üzvü İqbal Rüstəmov.

Xatırladaq ki, “Azsığorta” ASC 2006-cı ildə yaradılıb, 14 milyon manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 100 %-i Hikmət Abuzər oğlu İsmayılova məxsusdur.

Məlumata görə, Hikmət İsmayılov Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, həm də 2019-cu ildən “AFB Bank” ASC-nin 99,64 %-lə əsas səhmdarıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 İyun 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri