Icma.az
close
up
RU
Kəmaləddin Heydərovun oğlundan PAYLAŞIM

Kəmaləddin Heydərovun oğlundan PAYLAŞIM

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Cənab Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdi. Dilimizin xarici təsirlərdən qorunmasının və onun təmiz saxlanılmasının vacibliyindən danışdı.

Belə bir mesajın bilavasitə dövlət başçısı tərəfindən verilməsi bu məsələnin nə qədər vacib və aktual olmasının əyani sübutudur. Ana dilimizlə, milli kimliyimizlə bağlı çox mühüm bir məsələnin ictimaiyyətin diqqətinə bu cür yüksək və mötəbər səviyyədən, ali tribunadan çatdırılması özlüyündə çox sevindirici haldır. Bu mövzuya dair öz fikirlərimi, mülahizə və təkliflərimi bildirmək istəyirəm”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Avropa Azərbaycan Məktəbinin, “TEAS PRESS” Nəşriyyat Evinin və “Libraff” kitab mağazalarının təsisçisi Tale Heydərov sosial şəbəkə hesabında yazıb.
Tale Heydərov bildirib ki, problemin cənab Prezident tərəfindən qaldırılması heç də təsadüfi deyil: “Çünki bu məsələnin illərdir öz həllini gözləməsi, aidiyyəti qurumlar və şəxslər tərəfindən kifayət qədər müzakirə edilməməsi hələ də böyük problem olaraq qalmaqdadır. Təəssüf doğuran hal isə budur ki, bu mövzu cəmiyyətə lazımi səviyyədə təqdim və izah olunmur. Bu ya sözügedən məsələyə biganə yanaşmağımızdan, ya da dilimizin nə dərəcədə dəyişməsinin, daha dəqiq desək, yad təsirlərə məruz qalıb korlanmasının fərqində belə olmamağımızdan irəli gəlir.

Əlbəttə, dünya sürətlə dəyişir, elmi-texniki tərəqqi davam etdikcə yeni terminlər, anlayış və sözlər meydana çıxır. Onlar hansısa başqa bir dildə yaranır və tezliklə bütün dünyada ümumişlək sözlərə çevrilir, tədricən hamı tərəfindən rahatlıqla qəbul və dərk edilir. Digər xalqlar da onları öz dil ailəsinə qəbul etməli olur. Biz də istisna deyilik. Bu mənada dilimizdə olmayan sözlərin yerinə yeni əcnəbi sözlərin alınması heç də qəbahət deyil, əksinə, dilimizi zənginləşdirən bir amildir və əksər hallarda sadəcə labüddür. Dünya dillərinin əksəriyyəti bu təcrübədən keçib. Televiziya, telefon, internet, kompüter və digər bu kimi yeni texnoloji icad və məhsullara milli adlar qoymağa ehtiyac olmadığı üçün əksər millətlər kimi, biz də bu sözləri öz gündəlik danışıq dilimizə və lüğətimizə əlavə etmişik; bu da normaldır. Çünki fəlsəfənin “milli-mədəni düşüncənin ərazisi” adlandırdığı dil canlı orqanizmdir. O, daim inkişaf etməli, zənginləşməli, yeni və alınma sözlər hesabına genişlənməlidir ki, həmin “düşüncə ərazisi” də böyüsün. Əlbəttə, bu proses digər ölkələrdə olduğu kimi, bizdə də labüdən getməlidir, amma bunu xüsusi vurğulayırıq ki, ana dilimizin milli enerjisini “sormaq”, onun “ekologiyasını korlamaq” hesabına yox!”

Tale Heydərov burada narahatlıq doğuran məsələlərə də diqqət çəkib.
“Burada narahatlıq doğuran başlıca məsələ nədir? Əsas problem dilimiz lüğət tərkibi və ifadə vasitələri baxımından kifayət qədər zəngin olduğu halda, alınma və ya əcnəbi sözlərdən yerli-yersiz istifadə etməyimizlə bağlıdır. Dilimizdə əsrlər boyu işlənən sözlər varsa, başqa dillərdən onların ekvivalentlərinin bizim dilə keçməsinə nə ehtiyac var? Bu, ana dilimizin təmizliyinə, bununla da milli kimliyimizə təhdid yaratmaqdır. Cənab Prezident məhz bu vacib məqamı diqqətə çatdırdı. Dövlət başçımızın çox düzgün bildirdiyi kimi, “əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır?!”
Təəssüf ki, telekanallarımızda, radio efirlərimizdə, yazılı mediamızda, sosial şəbəkələrdə və gündəlik danışıqda bu kimi xətalara çox tez-tez yol verilir. Bütün bunların bir neçə səbəbi var. Bir səbəb insanlarımızın xarici televiziya kanallarını izləməsi və oradakı verilişlərə, seriallara baxmasıdır. Bu prosesin illərlə davam etməsi insanların orada hər gün eşitdikləri kəlmələri gündəlik danışıq dilinə daxil etməsi ilə nəticələnir. Ən pisi də odur ki, həmin sözlərdən istifadə adiləşir. Çoxuna da elə gəlir ki, belə də olmalıdır, ən düzü elə budur. Düşünürəm ki, yerli televiziya və radio kanalları verilişlərin keyfiyyətini artırsa, – zənnimcə, bu sahədəki vəziyyət son illərdə yaxşıya doğru dəyişməkdədir, – izləyicilərin çoxunu yerli ekran-efir məkanına qaytarmaq mümkün olacaq. Amma hələ o səviyyəyə çata bilməmişik. Bununla bağlı kompleks tədbirlərin görülməli olduğunu düşünürəm. Bu problemə yerli jurnalistlərin və digər aidiyyəti qurumların ciddi müdaxiləsinin baş verməməsini də nəzərə alsaq, vəziyyətin niyə bu həddə çatdığını anlamaq çətin olmaz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Noyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Öskürəndə başınız ağrıyır: səbəbi nədir, necə yüngülləşdirmək olar?

28 Sentyabr 2026 10:51see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri