Kəmalədən sonra Samirə səhnədə çətin anlar yaşadı: Burama pul qoyma VİDEO
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın Avroviziya təmsilçisi Samirə Əfəndi bu dəfə səhnədə yaşadığı maraqlı anlarla gündəmə gəlib. Müğənninin çıxışı zamanı səhnəyə yaxınlaşan bir bəyin davranışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, ifa zamanı rəqs edərək sənətçini müşayiət edən şəxsə Samirə öncədən xəbərdarlıq edib. Müğənni həmin şəxsə "Burama pul qoyma" deyərək sərhədi əvvəlcədən müəyyənləşdirib. Buna baxmayaraq səhnədə yaşanan anlar diqqətdən yayınmayıb və görüntülər qısa zamanda sosial platformalarda yayılıb.
İzləyicilərin bir qismi sənətçinin peşəkar davranış sərgilədiyini qeyd edib, digərləri isə ümumilikdə toy və səhnə məclislərində bu tip halların yolverilməz olduğunu vurğulayıblar.
Müzakirələr zamanı bir çox istifadəçi sosial şəbəkələrdə daha əvvəl gündəm olan Kəmalə Günəşli ilə bağlı hadisəni də xatırladıb və oxşar vəziyyətlərin sənətçilər üçün narahatlıq yaratdığını bildirib.
Görüntülər sosial mediada minlərlə baxış toplayıb, hadisə ilə bağlı müxtəlif rəylər yazılıb. Samirə Əfəndinin səhnədə soyuqqanlı və peşəkar davranışı isə izləyicilər tərəfindən xüsusi diqqət çəkib.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 14 May 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















