Şəbnəm Tovuzlu səhnədə çətin anlar yaşadı VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Müğənni Şəbnəm Tovuzlu çıxışı zamanı gözlənilməz hadisə ilə üzləşib.
Milli.Az xəbər verir ki, səhnəyə azyaşlı qızın çıxaraq rəqs etmək istəməsi sənətçinin diqqətini çəkib. Şəbnəm Tovuzlu təhlükəsizlik baxımından buna etiraz edərək səhnədə müxtəlif texniki avadanlıqların və elektrik qurğularının olduğunu, uşağın xəsarət ala biləcəyini bildirib.
Hadisə zamanı tamaşaçılara müraciət edən ifaçı azyaşlının səhnədən uzaqlaşdırılmasını istəyib. Lakin həmin an onun özü də çətin vəziyyətlə qarşılaşıb.
Kadrlardan görünür ki, müğənni hərəkət edərkən müvazinətini itirmək üzrə olub və yıxılmaq təhlükəsi ilə üz-üzə qalıb. Xoşbəxtlikdən vəziyyəti nəzarətdə saxlamağı bacaran sənətçi çıxışını davam etdirib.
Yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər həm azyaşlıların səhnəyə çıxmasının təhlükəli olduğunu vurğulayıb, həm də Şəbnəm Tovuzlunun yaşadığı gərgin anlarla bağlı fikirlərini bölüşüblər.
Musa
Baxış sayı:125
Bu xəbər 13 İyun 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















