Icma.az
close
up
RU
Kənan Kərimov: “Nə olsun ki, “Qəbələ” 1ci liqanın ən ideal komandalarından biridi?”

Kənan Kərimov: “Nə olsun ki, “Qəbələ” 1ci liqanın ən ideal komandalarından biridi?”

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Millinin oyunlarıyla bağlı yaranan fasilə başa çatdı. Amma 1-ci liqada sükut davam edir. Daha doğrusu, fırtınaqabağı səssizlik... Yox-yox, şişirtmirik.
8-ci turun noyabrın 28-də keçiriləcək “Karvan” – “Qəbələ” matçında yer yerindən oynaya bilər. Şübhəsiz, bizi çox maraqlı, baxımlı, pirinsipial, hədəflərin toqquşduğu, gərgin mübarizənin start fitindən final fitinə qədər davam edəcəyi, qısası, 6 xallıq qarşılaşma gözləyir. Özü də Yevlaxda. Elə matçın baş tutacağı bölgənin adını çəkmək oyunda əməlli-başlı futbol ab-havasının hökm sürəcəyini iddia etmək üçün yetərlidi. İnanmayanlar 1-ci liqada ən çox azarkeşin hansı komandanın ev oyununda tribunalara təşrif buyurduğunu araşdıra bilər. Söhbət “Karvan”dan gedir. Bu komandanın 1-ci liqada çıxış etməsi yalnız gənc azarkeşlər tərəfindən təbii qarşılana bilər. Stajlı futbolsevərlər bilir ki, Yevlax təmsilçisi nəinki premyer-liqada, 2005/06, 2006/07 mövsümlərində avrokuboklarda da çıxış edib. Bu yöndə “Qəbələ”nin uğurlarıyla da tanışıq. Deməli, ölkəmizin iki köklü klubu üz-üzə gələcək və münasibətləri aydınlaşdıracaq. Maraq üçün qeyd edək ki, “qırmızı-qaralar” sonuncu dəfə premyer-liqanın 2009/10 mövsümündə yevlaxlıların qonağı olub və böyük hesabla uduzub – 0:4. İndi tale bu komandaları 1-ci liqada qarşı-qarşıya gətirir.
Bəs, kollektivlərin son durumu necədi? Onlar cari mövsümü necə keçirir? Şans kimdən yanadı? Bir az da bu suallar ətrafında...
“Qəbələ”nin 1-ci liqanın uğurlu komandalarından olduğunu desək, yanılmarıq. Düzdü, əsksəriyyət “qırmızı-qaralar”ın lider kürsüsündən əskik olmayacağını proqnozlaşdırırdı. Lakin “Karvan” ilk altı turda qələbə qazanmaqla liderliyə yiyələndi. Kaxaber Sxadadzenin komandası isə bu mərhələdə gözləniləndən artıq xal itirdi və bu üzdən hələ birinci pillə üzü görməyib. İndi meydan sahibləri liderliyini qorumaq, qonaqlar isə həmin yeri əldə etmək uğrunda tər tökəcək. Xatırlayırsızsa, yevlaxlılar 7-ci turda evdə “Cəbrayıl”a uduzdu. Başqa sözlə, mövsümdə ilk məğlubiyyətini yaşadı. “Qəbələ” isə hələ uduzmayıb. Üstəlik qol da buraxmayıb. O bəllidi ki, nə yevlaxlılar məğlubedilməzdi, nə də qəbələlilərin qapılarından top keçirmək mümkünsüz... Bəli, “Zaqatala” yoldaşlıq oyunu çərçivəsində vurduğu qolla “qırmızı-qaralar”ın torunun silkələməyin mümkün olduğunu göstərdi. Azarkeş dəstəyi baxımından isə “Karvan”ı şansı saymalıyıq. Hər ev oyununda iki-üç min civarında tərəfdar toplayan kollektivin bu dəfə də tək qalmayacağını demək olar. Üstəlik rəqibin “Qəbələ” kimi iddialı komanda olması həmin saya müsbət yöndə təsir edə bilər.
Bəs bu, qonaqlara necə təsir edəcək? Cavab üçün qonaqların futbolçusu Asif Məmmədovun bu ayın əvvəlində qəzetimizə verdiyi açıqlamanı xatırlayaq:

“Karvan”ın ev oyunlarına xeyli azarkeş gəlir. Ordakı ab-hava çox fərqli olur. Bunun çıxışımıza təsir etməyəcəyini desəm, yalan olar. Amma biz də azarkeşlərin önündə oynamaq istəyirik. Darıxmışıq elə atmosfer üçün...”


Təbii ki, “Qəbələ”nin futbolçuları premyer-liqaya qayıtmaq şansını artırmaq üçün bütün gücünü sərf edəcək. Düzdü, vacib oyun haqda fikirlərini öyrənmək üçün klubun idman direktoru Səbuhi Səfiyarlıyla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Amma kollektivin matça cidid yanaşacaqlarına şübhə yoxdu. Hər halda, gözləntilər bu yöndədi. Elə “Karvan”ın düşərgəsində də bütün diqqətlər “qırmızı-qaralar”la matça yönəlib. Bu barədə daha ətraflı məlumat üçün yevlaxlıların futbolçularını dinləyək.
İbrahim Qədirzadə:

“Hazırlığımız yaxşı keçir. Gündə iki dəfə məşq edirik, “Qəbələ” ilə oyuna hazırlaşırıq. Məqsədimiz qələbə qazanmaq, birinci pillədəki yerimizi möhkəmlətməkdi”.


Əli Abdullayev:

“Əlimizdəki imkanlardan maksimum yararlanmaqla “Qəbələ”yə qalib gəlməyə çalışacağıq. Məncə, çempionatın ən maraqlı və ağır oyununu keçirəcəyik. Azarkeşlərin dəstəyi bizim üçün vacibdi. Onların yardımıyla uğur qazanacağımıza inanıram”.


Peyman Keşhavarzadə:

“Bizi vacib oyun gözləyir. Hər gün məşq edirik. Oyun gününə qədər tam hazır olacağımıza inanırıq. Çox çətin matç olacaq. Azarkeşlərimizi bizə dəstək verməyə çağırıram. İnşallah, onları qələbəylə sevindirəcəyik”.


“Karvan”ın baş məşqçisi Kənan Kərimov isə qəzətimizə açıqlamasında lider komandaların görüşəcəyini, matçın maraqlı olacağını dedi:

“Ən güclü kollektivlər üz-üzə gələcək. Yeddinci turda lazımsız məğlubiyyətlə üzləşdik. Həmin oyundan dərs çıxarmışıq. Futbolçularım həm psixoloji, həm də fiziki cəhətdən oyuna hazırdı. Qarşıdakı günlərdə rəqibi daha yaxşı təhlil edəcəyik. Əzmkar mübarizə aparıb layiq olduğumuz qələbəni qazanacağımıza inanıram. Belə məqamda azarkeşlərin dəstəyi çox önəmlidi. Onlara çox güvənirik. Bilirik ki, bizi sevənlər stadiona gələcək. Nə qədər çox olsalar, o qədər yaxşıdı. “Cəbrayıl”a uduzsaq da, bizi sona qədər dəstəkləməkdən vaz keçmədilər. “Qəbələ”dən çəkinmirik. Çəkinəcək bir şey də yoxdu. Nə olsun ki, “Qəbələ” 1-ci liqanın ən ideal komandalarından biridi? Heyətləri güclüdü, həmçinin əla infrastrukturları var. Oyuna hazırlıq prosesini daha keyfiyyətli həyata keçirə bilirlər. Bizi qorxudacaq nəsə yoxdu. Tərəfdarlarımız üçün baxımlı hücum futbolu sərgiləyib istədiyimiz nəticəni qazanmaq istəyirik. Bir xalın bizə sərf etdiyini bilirik. Amma məqsəd qələbə olacaq. Bəli, “Qəbələ” hələ 1-ci liqada qol buraxmayıb. Ümid edirik ki, bu tilsimi biz qıracağıq”.


Qeyd edək ki, oyun noyabrın 28-si, saat 14.30-da Yevlax şəhər stadionunda başlayacaq. “Karvan” 18 xalla birinci, “Qəbələ” 17 xalla ikinci sıradadı.
KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Noyabr 2024 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri