“Qəbələ” ilə matçı qisas oyunu adlandırmaq istəmirəm” Kənan Kərimov
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Karvan” bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında “Qəbələ”nin qonağı olacaq.
16-cı turun mərkəzi matçı Yevlax təmsilçisi üçün xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, komanda qalib gəlsə, çempionluq şanslarını artırmaqla yanaşı, bu rəqiblə mövsümün ilk görüşündə yaşadığı məğlubiyyətin qisasını ala bilər.
Bəs, düşərgədə son durum necədi? Yevlaxlılar matça hazırdımı? Azarkeşlər çətin səfər matçında komandanı dəstəkləyəcəkmi?
“Football-plus.az” bu suallarla “Karvan”ın baş məşqçisi Kənan Kərimova müraciət etdi. Onun cavabı:
“Matça pis hazırlaşmamışıq. Təəssüf ki, zədəli oyunçularımız var. Buna baxmayaraq, Qəbələyə qələbə üçün yollanırıq. İnanırıq ki, azarkeşlərimiz bizi tək qoymayacaq. Düzdü, biz onları özümüzlə apara bilmirik. Lakin komandanı dəstəkləmək istəyənlər öz avtomobilləriylə səfər oyunlarımıza gəlir. Fürsətdən istifadə edib hər birinə təşəkkür edirəm. Matça gəlincə, bunu sizin kimi qisas oyunu adlandırmaq istəmirəm. Sadəcə, mövqeyimizi möhkəmləndirmək üçün bizə üç xal lazımdı”.
Xatırladaq ki, matç saaat 15.00-da başlayacaq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 28 Fevral 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















