Icma.az
close
up
RU
Kənan Kərimzadə Lənkəranda təhsil müəssisələrini ziyarət etdi

Kənan Kərimzadə Lənkəranda təhsil müəssisələrini ziyarət etdi

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aprelin 2-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran rayonuna səfər edib. 

AZXEBER.COM xəbər verir ki, əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ilə birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Səfər çərçivəsində nazir müavini Kənan Kərimzadə Lənkəran şəhəri Azər Məhərrəmov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesi və məktəbin infrastrukturu ilə yaxından tanış olub. 

Məktəblə tanışlıq zamanı nazir müavini burada fəaliyyət göstərən STEAM Mərkəzinə də baxış keçirib, STEAM və "Rəqəmsal bacarıqlar” layihələri çərçivəsində dərs prosesində iştirak edib. Sözügedən layihələr çərçivəsində şagirdlərdə analitik düşünmə, problem həll etmə və texnoloji bacarıqların formalaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Məktəbdə kiçik yaşlı məktəblilərin dron vasitəsilə hazırladıqları oyuna baxış keçirilib.

Daha sonra təhsil müəssisəsində fəaliyyət göstərən peşə təmayüllü siniflərlə tanışlıq zamanı şagirdlərin erkən ixtisas yönümlü bilik və bacarıqlar əldə etməsi üçün görülən işlər yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu siniflərin məzunlarının təxminən 80 faizi peşə təhsili müəssisələrinə qəbul olunur.

Səfər zamanı Lənkəran-Astara regionu üzrə ümumtəhsil məktəblərində fəaliyyət göstərən gənc direktorlarla keçirilən görüşdə təhsil müəssisələrinin idarə olunmasında müasir yanaşmalar, liderlik bacarıqlarının inkişafı və məktəbdaxili idarəetmənin effektiv təşkili məsələləri ətrafında geniş müzakirələr aparılıb.

Kənan Kərimzadə çıxışında məktəb rəhbərlərinin təhsilin keyfiyyətinin yüksəldilməsində əsas aparıcı qüvvələrdən biri olduğunu qeyd edib, onların təşəbbüskarlığının, innovativ düşüncə tərzinin və dəyişikliklərə adaptasiya qabiliyyətinin vacibliyini vurğulayıb.

Görüş çərçivəsində region məktəblərində tədrisin keyfiyyət göstəricilərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, eləcə də məktəb-valideyn-ictimaiyyət əməkdaşlığının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və təşəbbüsləri dinlənilib.

Səfərin davamında vətəndaş qəbulu keçirən Kənan Kərimzadə müraciətləri dinləyib, səsləndirilən məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 02 Aprel 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri