Icma.az
close
up
RU
Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub Fotolar

Nazir müavini Kənan Kərimzadə Lənkəranda olub Fotolar

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Aprelin 2-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran rayonuna səfər edib.

Bakupost.az xəbər verir ki, əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ilə birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Səfər çərçivəsində nazir müavini Kənan Kərimzadə Lənkəran şəhəri Azər Məhərrəmov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində tədris prosesi və məktəbin infrastrukturu ilə yaxından tanış olub.

Məktəblə tanışlıq zamanı nazir müavini burada fəaliyyət göstərən STEAM Mərkəzinə də baxış keçirib, STEAM və “Rəqəmsal bacarıqlar” layihələri çərçivəsində dərs prosesində iştirak edib. Sözügedən layihələr çərçivəsində şagirdlərdə analitik düşünmə, problem həll etmə və texnoloji bacarıqların formalaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Məktəbdə kiçik yaşlı məktəblilərin dron vasitəsilə hazırladıqları oyuna baxış keçirilib.

Daha sonra təhsil müəssisəsində fəaliyyət göstərən peşə təmayüllü siniflərlə tanışlıq zamanı şagirdlərin erkən ixtisas yönümlü bilik və bacarıqlar əldə etməsi üçün görülən işlər yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu siniflərin məzunlarının təxminən 80 faizi peşə təhsili müəssisələrinə qəbul olunur.

Səfər zamanı Lənkəran-Astara regionu üzrə ümumtəhsil məktəblərində fəaliyyət göstərən gənc direktorlarla keçirilən görüşdə təhsil müəssisələrinin idarə olunmasında müasir yanaşmalar, liderlik bacarıqlarının inkişafı və məktəbdaxili idarəetmənin effektiv təşkili məsələləri ətrafında geniş müzakirələr aparılıb.

Kənan Kərimzadə çıxışında məktəb rəhbərlərinin təhsilin keyfiyyətinin yüksəldilməsində əsas aparıcı qüvvələrdən biri olduğunu qeyd edib, onların təşəbbüskarlığının, innovativ düşüncə tərzinin və dəyişikliklərə adaptasiya qabiliyyətinin vacibliyini vurğulayıb.

Görüş çərçivəsində region məktəblərində tədrisin keyfiyyət göstəricilərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, eləcə də məktəb-valideyn-ictimaiyyət əməkdaşlığının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və təşəbbüsləri dinlənilib.

Səfərin davamında vətəndaş qəbulu keçirən Kənan Kərimzadə müraciətləri dinləyib, səsləndirilən məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Aprel 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri