Icma.az
close
up
RU
Kənan Yıldız penalti qaçırdı, Yuve yarımfinala yüksələ bilmədi

Kənan Yıldız penalti qaçırdı, Yuve yarımfinala yüksələ bilmədi

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

''Yuventus'' fanatlarını üzməkdə və mövsümü qeyri-sabit keçirməkdə davam edir.

''Football-plus.az'' xəbər verir ki, Çempionlar Liqasının ardından komanda daha bir turnirdə - İtaliya kubokunda da mübarizəni dayandırmalı oldu. Halbuki ''Qoca sinyora'' 1/4 finalda ''Empoli'' ilə ev oyunundan öncə aşkar favorit hesab olunurdu. Amma Turin nəhəngi bu statusu doğrulda bilmədi. ''Empoli'' fasiləyə minimal üstünlüklə yollandı.
Maraqlıdı ki, fevralın əvvəllərində bu komandaların A seriyası çərçivəsində Turində baş tutan oyunda da ''Empoli'' fasiləyə üstün yollanmışdı. Həmin vaxt ''Yuve'' ikinci hissədə əzmkarlıq sərgiləyərək 4 qol vurmuşdu. Bu dəfə isə komandanın gücü yalnız 1 qol vurmağa və oyunu penaltilər seriyasına daşımağa yetdi. Türkiyə yığmasının üzvü Kənan Yıldız son 4 rəsmi oyunda 3-cü dəfə ehtiyatda qaldı və 54-cü dəqiqədə meydana çıxdı. Penaltilər seriyası həm ''Yuventus''un özü, həm də Kənan üçün uğursuz alındı. Vlahoviç və Yıldız zərbəni qola çevirə bilmədi. Nəticədə ''Empoli'' penaltilər seriyasında 5:3 qalib gələrək sürpriz şəkildə yarımfinala yüksəldi.
Yarımfinalda ''Empoli'' ''Bolonya'' ilə qarşılaşacaq. Digər cütdə isə Milan nəhəngləri üz-üzə gələcək. Tyaqo Mottanın ''Yuventus''da ilk mövsümünü uğurlu adlandırmaq çətindi.
Superkuboku da nəzərə alsaq, 3 turnirdə ümidləri doğrultmayan komanda mövsümün qalan hissəsində yalnız daxili çempionatda oynayacaq. A seriyasında isə ''Yuve'' 26 tura topladığı 49 xalla 4-cü pillədə qərarlaşıb və lider ''İnter''dən 8 xal geridədi.
ƏLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Fevral 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri