Icma.az
close
up
RU
Kənan Yıldız “Yuve” ilə problem yaşadı, şayiələr baş qaldırdı

Kənan Yıldız “Yuve” ilə problem yaşadı, şayiələr baş qaldırdı

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Yuventus”un türkiyəli ulduzu Kənan Yıldız barədə şayiələr bitmək bilmir.

"Football-plus.az" xəbər verir ki, səviyyəsini göz görə-görə artıran Kənana Avropa nəhənglərinin marağı davam edir.
“Transfermarkt”a inansaq, bu aydan etibarən Yıldızın dəyəri 75 milyon avroya yüksəlib. Bununla da o, Türkiyə yığmasında forma geymiş ən dəyərli futbolçu kimi tarixə düşüb! Bu arada “Yuventus”la 20 yaşlı futbolçunun yeni maaşla bağlı fikir ayrılığı yaşaması barədə xəbərlər peyda olan kimi transfer iddiaları da baş qaldırdı.
Bir neçə gün öncə “Qazetto dello Sport” iddia etmişdi ki, “Yuve” rəhbərliyinin illik 5 milyon avroluq təklifi Yıldız ailəsini qane etməyib. Türkiyəlinin indiki illik maaşı 1,5 milyon avrodu. Atası Əngin Yıldız oğlunun sürətli inkişafını və son dönəmlərdə sərgilədiyi performansı əsas gətirərək Turin nəhəngindən daha çox pul tələb edib. İngiltərə mətbuatında Kənanla bağlı mühüm bir transfer iddiası ortaya atıldı. Onun “Mançester Yunayted”, “Arsenal” və “Çelsi” kimi nəhənglərin hədəfində olduğu onsuz da bəlli idi. “Caught Offside” nəşrinin yazdığına inansaq, “Yunayted” artıq ciddi addımlar atmağa və “Yuventus”a 90 milyon avroluq təklif irəli sürməyə hazırlaşır. Təbii ki, “qoca sinyora” aparıcı isimlərindən birini itirmək istəmir. Amma “Yuve”nin belə astronomik təklif alacağı təqdirdə onu geri çevirəcəyi inandırıcı görünmür.
Bu mövsüm turinlilərin heyətində 8 rəsmi oyunda hesabına 2 qol, 4 məhsuldar ötürmə yazan Kənanın klubla 2029-cu ilə qədər müqaviləsi var. Bu arada “Yuve” tarixinin və Fransa futbolunun əfsanələrindən olan Mişel Platini Kənan Yıldızla bağlı diqqətçəkən açıqlamalar verib. O, türkiyəli ulduzun düzgün mövqedə oynadılmadığını iddia edib:

“Məncə, Kənan əsl “10 nömrə” mövqeyinə uyğundu və mərkəzdə oynamalıdı. Həm Tudorun, həm də ondan öncə “Yuve”ni çalışdıran Mottanın nə üçün Yıldızı cinahda oynatdıqlarını anlamıram. Təəssüf ki, müasir futbolda sanki istedadlı futbolçuları cinaha çəkməyi xoşlayırlar. Halbuki onların çoxu mərkəzdə oynamalıdı. Mən illərdi bunu dilə gətirirəm. Amma heç kim məni dinləmir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Oktyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri