Icma.az
close
up
RU
Kənd məktəbində “Şagirdlər və şairlər”

Kənd məktəbində “Şagirdlər və şairlər”

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Qusar rayonunun Urva kənd tam orta ümumtəhsil məktəbində maraqlı bir tədbir keçirilib. Tədbir məktəblərdə 25 noyabr – 25 dekabr aralığında keçirilən “Azərbaycan dili və ədəbiyyatı” fənn aylığı şərçivəsində gerçəkləşdirilib. “Şagirdlər və şairlər” adlı tədbirdə şagirdlərin və kollektiv üzvlərinin qonağı Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin üzvləri olub.

Tədbir öncəsi qonaqlar məktəblə, həmçinin Qarabağ savaşlarında şəhid olmuş Qusarlı döyüşçülərə aid stend, həmçinin məktəbin uğurlarını əks etdirən divar lövhələri ilə tanış olublar.

Qonaqlara Qusar şəhidləri haqqında məlumat verilir

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin birgə canlı ifası və şəhidlərin ruhuna sayğı duruşu ilə başlayıb.

Qonaq qismində tədbirdə şair, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ulduzlar” Ədəbi Məclisinin baş katibi Aqşin Dadaşoğlu, həmçinin eyni Məclisin üzvləri – şair, qiraətçi, müəllim Gözəl Azayeva, şairlər Cümşüd Aydəmir, İbrahim Ağçaylı, Ceyhun Ağabəyli, Mövlan Şahid və Səməd Asifoğlu iştirak edib. Eyni zamanda bloger Osman İmamov və Azərbaycan Respublikasının Əməkdar jurnalisti Azər Həsrət qonaqlar arasında olub.

Qonaqlar da Dövlət Himnini canlı ifa edir

Qonaqları və iştirakçıları salamlayan məktəbin direktoru Elçin Salmanov Azərbaycan dövlətinin sözə, ədəbiyyata verdiyi dəyərdən danışıb. O, əsas da dövlət dilinə qayğı, məktəblərdə bu yöndə görülən işlər haqqında fikirlərini paylaşıb.

Daha sonra tədbirin aparıcısı, məktəbin Azərbaycan dili və ədəbiyyatı üzrə fənn müəllimi Bəsti Başaratova maraqlı təqdimatlara başlayıb.

Əvvəlcə qonaqlar öz şeir ərməğanlarını təqdim ediblər. Müxtəlif janrlarda səsləndirilən şeirlər şagirdlərin və müəllimlərin marağına səbəb olub.

Aqşin Dadaşoğlu qonaqların adından maraqlı təşəbbüsə və dəvətə görə direktor Elçin Salmanov başda olmaqla məktəbin kollektivinə təşəkkür edib. O da digər şair həmkarları ilə bərabər öz şeirlərini təqdim edib. Şairin Azərbaycan tarixi, coğrafiyası, etnik palitrasını ustalıqla nəzmə çəkdiyi “Azadlıq” şeiri isə xüsusi maraqla qarşılanıb.

Azər Həsrət isə çıxışında məktəblilərin milli vətənpərvər ruhda yetişdirilməsində ədəbiyyatın rolundan danışıb. O, qeyd edib ki, uşaqların əsl vətənpərvərliyi onların öz dərslərini yaxşı oxuması, böyüklərinin və müəllimlərinin sözünə əmək etməsi ilə formalaşır.

Bundan sonra məktəbin şagirdləri Arina Əlimuradova, Fatimə Vəlibəyova, Fəzilə Rəşidova, Gülay Allahverdiyeva, Ləman Allahverdiyeva, Leyla Rəşidova, Milana Əliheydərova, Nərmin Kürəbəyova, Rövşən Əliverdiyev, Zenfira Əlimova və Zeynəb Mehmandarova Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeirini ifa edib. Eyni zamanda şagirdlərin ifasında musiqi parçaları səsləndirilib.

İştirakçıların bir qismi

Sonda “Ulduzlar” Ədəbi Məclisinin baş katibi Aqşin Dadaşoğlu tədbirdə fəal iştirak edən şagirdlərə təşəkkürnamələr verib, qonaqlar öz kitablarını məktəbin kitabxanasına hədiyyə ediblər.

Tədbirin ardında iştirakçılar xatirə şəkli çəkdiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Dekabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri