Icma.az
close
up
RU
Menu

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

Tanrı qəzəblənəndə şairlər doğulur

Tanrı qəzəblənəndə şairlər doğulur

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tanrını böyük Şair, göz yaşını rəngsiz qan kimi görən şair Lulzim Tafa 2 fevral 1970-ci ildə Kosovonun Lipjan şəhərində anadan olub. O, təhsilini Priştina Universitetinin Hüquq fakültəsində alıb, magistratura və doktorluq dərəcəsini isə Sarayevo Universitetinin Hüquq fakültəsində tamamlayıb. Hüquq elmləri üzrə doktor olan Tafa uzun illər kriminologiya, insan hüquqları və ədəbiyyat arasında körpü rolunu oynayan bir şəxsiyyət kimi tanınıb.

O, 2012-2020-ci illərdə Balkanların ən böyük özəl universitetlərindən biri olan AAB Universitetinin rektoru olub. Eləcə də, Kosovoda British School of Kosova və televiziya kanalı ATV-nin təsisçilərindəndir. Lulzim Tafa həm hüquq sahəsində, həm də ədəbiyyat aləmində geniş nüfuza malikdir. Onun poeziyası iyirmidən çox dilə tərcümə olunub, kitabları müxtəlif ölkələrdə çap edilib.

Lulzim Tafanın bütün titullarının arxasında duran əsas şəxsiyyət, insana inanan şairdir. Onun yaradıcılığı Balkanların ağrı tarixindən, müharibədən keçib. Bu səbəbdən, 2022-ci ildə Bakıda çap olunmuş “Ağrının xəritəsi” kitabı azərbaycanlı oxuculara təqdim olunanda, o ağrı həm tarixi yaddaşımıza, həm də ruhumuza toxundu.

Lulzim Tafa haqqında düşünəndə ilk yaranan təəssürat belə olur ki, hüququn sərt məntiqindən doğan poeziya, insan hüquqlarının mübarizə meydanlarından gələn söz necə olur ki, sevgi, ağrı və ümidlərlə dolu misralara çevrilir?

Ədəbiyyat onun üçün sadəcə estetika deyil, həm də sosial məsuliyyətdir. Poeziya vasitəsilə o, hüququn qorumaq istədiyi dəyərləri, yəni insan azadlığını, həyatın müqəddəsliyini, ədalətin vacibliyini estetik bir dilə çevirir.

AzPost Ədəbiyyat qəzetinin şairdən aldığı müsahibəni təqdim edir.

– Hörmətli Lulzim Tafa, sizin üçün Tanrı kimdir?

– Tanrı böyük bir Şairdir. Bu gün şairlərin yazdığı bütün misralar, sanki O yazmış kimi görünür. O, mövcud ola biləcək ən poetik varlıqdır. O, ən böyük xəyalpərəstdir. Yuxularımızda bizə baxandır. Ümumiyyətlə, bəlkə də biz mövcud deyilik, bəlkə də bizə elə gəlir ki, varıq. Bəlkə də!

– Sizcə, şeir hansı genişlikdədir?

– Şeir həyat kimidir. Həyata şeir qədər heç bir şey bənzəmir. Şeir həyatın etdiyi hər şeyi ehtiva edir: sevgi, sevinc, nifrət, kədər, iztirab. Yalnız bir şey çatışmır: Sonluq. Çünki həyatın sonu var, amma poeziyanın yoxdur. Onun böyüklüyü Yer kürəsinə bənzəyir. Okeanları, dənizləri, dağları, bataqlıqları və dərələri var. Poeziya Yer qədər genişdir, hətta daha böyükdür.

– Bir insanın taleyində ən çox kimin göz yaşlarının ağırlığı qana dönür?

– Göz yaşları sadəcə gözlərdən axan su deyil, onlar deyilməmiş sözlərdir. Göz yaşları səssiz danışır, onlar kar və lal natiqlərdir. Bəzən elə göz yaşları var ki, susur, amma dünyanı alt-üst edir. Ancaq göz yaşları gözlərdə yaranmır, onlar ruhun daha dərinliklərindən gəlir. Dərinlikdən gələn bütün göz yaşları qana çevrilir, lakin gözlərdən keçərkən rəngini itirir və şəffaf olur. Deməli, göz yaşları rəngi olmayan qandır. Daha dəqiq desək, dərinlikdən gələn bütün göz yaşları qana çevrilir, amma rəngsiz, yaxud bizim görə bilmədiyimiz bir rəngdə.

– Bu gün təkcə Kosovoda deyil, bütün dünyada çörək, benzin, un bahalaşır, niyə yalnız insanın qiyməti düşür?

– Bilirəm, siz mənim ölkəmdə müharibə zamanı yazdığım bir şeirə işarə edirsiniz, o vaxt çörək, yağ və un qıtlaşmışdı, amma həyatın qiyməti ucuzlaşmış, ölüm isə çoxalmışdı. Lakin bolqar şairi Blaga Dimitrova belə deyir: “Əgər insan damarlarından qan əvəzinə neft axsaydı, onda dünya heç vaxt müharibəyə yol verməzdi”.

– Əgər bir sənət sərgisi təşkil etsəydiniz, hansı arzunuzu həmin sərgiyə qoymaq istəyərdiniz?

– Bəli, bir şeirdə belə bir fikrim var idi: incəsənət qalereyasında “Arzular sərgisi” açardım və orada istisnasız olaraq bütün arzularımı sərgiləyərdim.

– Ağrının xəritəsi hara qədərdir?

– Ağrının xəritəsi görünməzdir, bəlkə də mövcud olan ən böyük xəritədir. O, ruhu əhatə edəndə görünməz olur.

– Sizcə, tənhalıq hansı rəngdədir?

– Əgər tənhalığın bir rəngi olsaydı, sadəcə bir rəng kimi deyil, işıqla qaranlığın arasındakı bir hal kimi, o boz olardı.

– Niyə boz?!

– Çünki boz solğun bir rəngdir, nə ağ, nə qara, nə ümid dolu, nə də dərin ümidsizlikdir. Elə tənhalıq da belədir, hər zaman saf iztirab deyil, çox vaxt düşüncələrlə dolu incə bir haldır.

Tənhalığı güzgü kimi də görmək olar, insanın qarşısında özündən başqa heç bir şeyin olmadığı bir yerdir. Tənhalığın rəngi cəza deyil, düşünmək üçün bir məkan, kimisə ya özünü kəşf etməyə, ya da düşüncələrin labirintində itməyə aparan şübhəli bir sakitlikdir.

– Palıd ağacı sizin üçün nə qədər xüsusidir?

– Şeirlərimin birində demişdim ki, “Palıdlar ayaq üstə yatır” və bu məni kədərləndirir, çünki bütün ömürləri boyunca palıdlar başqa ağaclardan fərqlidir, böyüməyə tələsmir, yavaş-yavaş böyüyür, ayaq üstə yatırlar. Balta təhlükəsi altında böyüyürlər, sonda isə atəş onları yandırır. Mən onları bədbəxt hesab edirəm. Bir dəfə bir şeirimdə hətta onlar üçün ağlamışam.

– Sizcə, insanlar gözlərini kimdən alsaydı, Günəşi daha gözəl görərdi?

– Günəş Ay kimi deyil. İstənilən gözəl göz Ayı görə bilər, amma Günəşi yox. Günəşi görmək üçün Yupiterin doxsan beş peykindən birinin gözlərini götürmək lazımdır. Yupiterin peyklərinin gözləri daha yumşaqdır. Onlar alovlu olan Veneranın gözlərinə bənzəmirlər, günəşə baxsalar, onu yandırırlar.

– Doğrudanmı, yağışlar Tanrıların göz yaşlarıdır?

– Bəli, həm yumşaq, adi yağışlar, həm də fırtına və daşqın gətirən yağışlar hamısı Tanrıların göz yaşlarıdır. Tanrıların daşıdığı hisslərdən asılıdır. Şairlər filosoflar kimi deyillər. Şairlər inanırlar ki, Tanrı həm sevir, həm də əzab çəkir.

– Tanrılar qəzəblənəndə şairlər doğulur?

– Bəli, tanrılar qəzəblənəndə şairlər doğulur, bunu bir şeirimdə demişəm. Əvvəlcə qışqırırlar, tanrılarına qarşı qalxırlar. Mən inanıram ki, şairlər hər hansı bir şeyin, ya da hər şeyin reaksiyası olaraq doğulur.

– Əgər sevgi havaya metastaz versəydi, dünya necə olardı?

– Bu sual insanların ən böyük arzularından birinə toxunur. Biz artıq sevgi uğrunda mübarizə aparmayacağıq. Amma bir təhlükə də var: sevgi öz qiymətini itirə bilər, çünki sevgi çətindir və fədakarlıq tələb edir. İnsanlar mübarizə aparmadıqları bir şeyi dəyərləndirməzlər.

Mən Mövlananı gənc yaşlarımdan oxumuşam və o deyirdi ki, əgər biz hər nəfəsə aşiq olsaq, dünya ümumbəşəri mənəvi orqanizmə çevrilər. Ancaq gözəl tərəfi odur ki, artıq “mən” və ya “sən” yox, yalnız “biz” olacaq. Cavabımın paradoksal görünə biləcəyini bilirəm, amma ədəbiyyatda, xüsusən də şeirdə belə şeylərə icazə verilir.

Müsahibə ingilis dilindən Könül Məmmədova tərəfindən tərcümə edilib.

Söhbətləşdi: İlahə ÜMİDLİ

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azpost.info
archiveBu xəbər 16 Noyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see349

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see316

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see303

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see300

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see292

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see291

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see257

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see254

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see219

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see216

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see215

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see206

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see205

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see202

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see198

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see196

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see193

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see192

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see175

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

13 Oktyabr 2026 16:15see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri