Icma.az
close
up
RU
Kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı endirilib İmran Cümşüdov VİDEO

Kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı endirilib İmran Cümşüdov VİDEO

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı endirilib" - İmran Cümşüdov - VİDEO

Aqrar Sənaye Fondonun idarə heyətinin sədr müşaviri imran cümşüdov

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində heyvanların sığortası fermerlər üçün daha əlçatan olub. Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarı ilə kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı endirilib.
Xatırladaq ki, Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən, Azərbaycanda aqrar sığorta vasitəsilə iri buynuzlu ətlik və südlük mal-qaranı (inək, camış və danaları), eləcə də xırda-buynuzlu heyvanları (qoyun və keçiləri) sığortalamaq mümkündür.
İndiyədək mal-qaranın sığortalanması üçün sığorta tarifləri seçilmiş sığorta zərfindən asılı olaraq heyvanın qiymətinin 5,2-8,2%-i arasında dəyişirdi.

BiG.AZ xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondunun idarə heyəti sədrinin müşaviri İmran Cümşüdov brifinqdə deyib.
O qeyd edib ki, İdarə Heyətinin qərarı ilə iribuynuzlu heyvanların sığorta haqqı 5%, xırdabuynuzlu heyvanların sığorta haqqı isə 10% aşağı salınıb. Nəticədə tariflər iribuynuzlu mal-qara üçün 4,9-7,8%-ə, xırda buynuzlu heyvanlar üçün isə 4,65-7,37%-ə endirilib.
Nəticədə, indiyədək 1000 manatlıq iribuynuzlu heyvanın (inək və ya camışın) illik sığorta haqqı seçilmiş sığorta zərfindən asılı olaraq fermerə 26-41 manata başa gəlirdisə, indi bu rəqəm 25-39 manata enib.
Dəyişikliklər nəticəsində qiyməti 3000 manat olan inəklərin sığorta haqqı 77-123 manatdan yenilikdən sonra 73-117 manata endirilib, qiyməti 5000 manat olan heyvanların sığortası üçün isə fermerlər əvvəlki 129-205 manat əvəzinə, 122-195 manat ödəyəcəklər.
İmran Cümşüdovun sözlərinə görə, sığorta tariflərinin aşağı salınması aqrar sığortanın fermerlər üçün əlçatan olması, heyvanların sığortasının artırılmasıdır.
Dəyişikliklər nəticəsində xırdabuynuzlu heyvanların sığorta haqqı daha çox - 10% aşağı salınıb. Belə ki, indiyədək xırdabuynuzlu heyvanların sığortalanması üzrə illik sığorta tarifi 5,2-8,2% arasında dəyişirdisə, indi bu rəqəm 4,6-7,4%-ə endirilib.
Nəticədə, indiyədək 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçinin) illik sığorta haqqı fermerə 7,75-12,3 manata başa gəlirdisə, indi bu rəqəm 6,97-11 manata enib.
Heyvanları daha uzun müddətə – 2-3 illik sığorta etdikdə illik sığorta haqları daha aşağı olur.
Xatırladaq ki, aqrar sığorta vasitəsilə heyvanları yoluxucu xəstəliklər, zəhərli otlar, yemlər və kimyəvi maddələrin təsirindən zəhərlənmə, ilan və ya həşərat sancması, vəhşi heyvanların hücumu, yanğın, təbii fəlakətlər, üçüncü şəxslərin hərəkətləri, oğurluq, soyğunçuluq və quldurluq hallarından sığortalayır.
Sədr müşaviri bildirib ki, qış aylarında heyvanların sığortası xüsusilə vacibdir. Belə ki, bu aylarda təsərrüfatlara vəhşi heyvanların hücumu, eləcə də tövlələrin qızdırılması ilə əlaqədar olaraq yanğın hallarının sayı artır.
Qeyd edək ki, kənd təsərrüfatı heyvanlarının sığortası aqrar sığortada mühüm yer tutur və bu sığortadan faydalanan fermerlərin sayı artmaqdadır. Beplə ki, 2024-cü ilin ilk 10 ayında Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə fermer və təsərrüfatlara 1 milyon manatdan artıq sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 45% artıqdır.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 18 Dekabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri