Icma.az
close
up
RU
Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 190 min manat sığorta ödənişi edilib

Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 190 min manat sığorta ödənişi edilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 iyul, AZƏRTAC

Bu ilin ilk 6 ayında Aqrar Sığorta Fondu kənd təsərrüfatı heyvanlarını sığortalamış fermer və təsərrüfatlara baş vermiş zərərlər üzrə 190 min manat sığorta ödənişi həyata keçirib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, aqrar sığorta mexanizmi kənd təsərrüfatı heyvanlarını çoxsaylı risklərdən, o cümlədən yoluxucu xəstəlik, yem, ot və kimyəvi maddələrdən zəhərlənmə, ilan-həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, təbii fəlakətlər, eləcə də üçüncü şəxslərin hərəkətindən sığortalayır.

Bu ilin ilk 6 ayında Aqrar Sığorta Fondu tərəfindən Azərbaycanın 14 rayonunda sığortalanmış heyvandarlıq təsərrüfatlarında baş vermiş hadisələr üzrə ödənişlər həyata keçirilib. Heyvanların tələf olmasına görə, ən çox sığorta ödənişi edilən rayonlar arasında Göygöl, Samux, Qəbələ, İsmayıllı, Şamaxı və Ucar var.

Heyvandarlıq sığortası ödənişlərinin böyük hissəsi yoluxucu xəstəliklər və zəhərlənmə halları üzrə həyata keçirilib. Sığortalı təsərrüfatlarda heyvanların tələf olması üzrə ödənişlər fasiləsiz davam edir.

Aqrar sığorta mexanizmində nəzərdə tutulan 50 faiz dövlət dəstəyi hesabına fermerlər kənd təsərrüfatı heyvanlarını olduqca sərfəli şərtlərlə, sığorta haqqının yarısını ödəməklə sığortalaya bilərlər.

Nəticədə, 300 manatlıq qoyun və keçinin sığortalanması cəmi 7 manat, 1 000 manatlıq iribuynuzlu mal-qaranın sığortalanması isə 24,5 manatdan başlayır. Südlük mal-qara 7 yaşınadək, ətlik mal-qara 3 yaşınadək, xırdabuynuzlu heyvanlar isə 5 yaşınadək sığortalanır.

Aqrar sığorta qaydalarına əsasən, heyvanların sığortalanması üçün onlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınmalıdır.

Aqrar sığortanın əhatə etdiyi məhsulların sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri