Icma.az
close
up
RU
Kənd təsərrüfatı malları bahalaşacaq? Hava şəraiti məhsuldarlığı azaldır

Kənd təsərrüfatı malları bahalaşacaq? Hava şəraiti məhsuldarlığı azaldır

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlərdə Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə edilir. Yazın gəlməsinə baxmayaraq bəzi bölgələrdə qar yağır, güclü külək əsir, dolu düşür. 
Bu dövrdə havaların sabit keçməməsi, güclü yağışların olması, dolu düşməsi arzuedilən deyil. Çünki yazın gəlişi ilə müxtəlif bölgələrdə ağaclar çiçək açır, bitkilərdə tozlanma gedir. Müşahidələr göstərir ki, yazın gəlişindən sonra havaların qeyri-sabit keçməsi kənd təsərrüfatı üçün əlverişsizdir. 

Mövzu ilə bağlı Sfera.az saytına açıqlama verən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bu il yaz aylarında havanın qeyri-sabit keçməsinin məhsuldarlığa mənfi təsir göstərəcəyini qeyd edib.


Ekspert son illərdə qlobal iqlim dəyişikliyinin xüsusən kənd təsərrüfatına ciddi mənfi təsirlərinin müşahidə edildiyini söylədi: "Azərbaycanda yaz vaxtı intensiv yağışların yağması, güclü küləklərin əsib havanın temperaturunun kəskin şəkildə dəyişməsi ağacların, bitkilərin çiçəkləmə dövründə və tarla işlərinin aparıldığı vaxtlarda mənfi təsir göstərir”.


V.Məhərrəmov belə risklərlə bağlı fermerləri dəfələrlə xəbərdar etdiklərini bildirib:


“Fermerlər çalışmalıdırlar ki, bitkilərin mineral elementlərə olan tələbatı normaya uyğun ödənilsin. Belə olarsa, bitkilər stress amillərə, yəni havanın kəskin dəyişməsinə daha dözümlü olar və məhsuldarlığa təsir minimuma enər. Əks halda, yağışlar, soyuqlar və küləklər məhsuldarlığın azalmasına səbəb ola bilər”.


Ekspert bildirib ki, çiçəkləmə dövrü əksər bölgələrdə artıq başa çatsa da, soyuq bölgələrdə bu proses hələ davam edir:

"Bu hava şəraiti inkişaf prosesini ləngidir. İndiki vaxtda havalar isti olmalı idi ki, bitki sürətlə inkişaf etsin. Azərbaycanda bildiyiniz kimi, əsasən isti sevən bitkilər yetişdirilir. Havanın belə keçməsi inkişafı dayandırır və uzadır. Bu da zərərvericilərin və göbələk xəstəliklərinin yaranmasına səbəb olur.
İntensiv yağışlar və davamlı rütubət bitkilərin immun sistemini zəiflədir, məhsuldarlığa daha böyük zərbə vurur. Bitki stressə məruz qalanda immunitet zəifləyir, zərərvericilər və xəstəliklər aktivləşir. Bu da məhsuldarlığa birbaşa təsir edir. Məhsul azaldıqca, maya dəyəri artır və nəticədə istehlakçılar məhsulu daha baha qiymətə almaq məcburiyyətində qalır”.


Buna baxmayaraq, ekspert vəziyyətin tam fəlakətli olmadığını da qeyd edib:


“Hələlik baş verən təbiət hadisələri ciddi qıtlıq təhlükəsi yaratmır. Məsələn, hansısa bölgədə ərikdə və ya gilasda azalma ola bilər, lakin digər bölgədə məhsuldarlıq yüksək olacaq və bir-birini kompensasiya edəcək”.


Ekspert qarşıdakı dövrdə də qeyri-sabit havaların davam edə biləcəyini bildirib və fermerləri ehtiyatlı olmağa çağırıb:


“Qarşıda may ayı var, son illərdə biz may və hətta iyun ayında intensiv yağışların, qeyri-müəyyən hava şəraitinin davam etdiyini müşahidə etmişik. Ona görə də fermerlər aqrotexniki qaydalara ciddi əməl etməlidirlər”.


V. Məhərrəmov həmçinin dövlət orqanlarına da müraciət edərək bəzi tədbirlərin görülməsini tövsiyə etdi:


“Yağışlar yağanda su ehtiyatı toplanmalıdır. Artıq 10 ildən çoxdur təklif edirik ki, istifadəsiz ərazilərdə süni göllər yaradılsın. Belə tədbirlər görülərsə, quraqlıq zamanı bu su ehtiyatlarından istifadə edib kənd təsərrüfatını qorumaq olar. Əks halda, biz ciddi ziyanlarla üzləşə bilərik”.


Hazırkı şəraitdə ekspertin sözlərinə görə, fermerlər əsas diqqəti torpağın düzgün mineral qidalanmasına verməli və mövsümün sonuna qədər baş verə biləcək dəyişkən hava şəraitinə hazır olmalıdırlar.


Bəsti Rəfizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see525

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see248

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see240

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see240

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see228

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see225

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see223

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see222

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see212

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see207

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see204

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see199

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see193

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see170

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see169

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see168

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see166

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri