Icma.az
close
up
RU
Qeyri stabil hava şəraiti kənd təsərrüfatı məhsullarının QİYMƏTİNƏ TƏSİR EDƏCƏK?

Qeyri stabil hava şəraiti kənd təsərrüfatı məhsullarının QİYMƏTİNƏ TƏSİR EDƏCƏK?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə iqlim dəyişikliyinin təsirləri daha qabarıq şəkildə hiss olunmağa başlayıb. Temperaturun qəfil artması və ya enməsi, qeyri-sabit hava şəraiti, quraqlıqlar və ya intensiv yağışlar əsasən kənd təsərrüfatı sahəsi ilə bağlı müəyyən narahatlıqlar yaradır.

Oxu.Az xəbər verir ki, bir neçə gündür ölkə ərazisində havaların qəfil soyuması, güclü külək və yağışların müşahidə olunması bəzi suallar yaradıb.

Havanın qəfil dəyişməsi məhsuldarlığın azalmasına və kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasına səbəb ola bilərmi?

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli Oxu.Az-a açıqlamasında payız əkinləri başlayandan bu günlərə qədər olan hava şəraitini kənd təsərrüfatı üçün ən uğurlu il hesab edib.

"Hesab edirəm ki, hava şəraiti mövsüm normalarına uyğun keçir. Bu, son illərdə müşahidə etmədiyimiz normal hava şəraitidir. Bu günə qədər hər hansı sıxıntı və problemin olduğu nə əkinçilikdə, nə bağçılıqda müşahidə edilir. Təbii ki, bu mövsümdə ən həssas dönəm bundan sonrakı ayın, yəni mayın 30-a kimi olan dönəmdir. Hesab edirəm ki, bundan sonrakı 40 gün də hava şəraiti normal keçərsə, kənd təsərrüfatında məhsul istehsalı üçün hər hansı çətinlik olmayacaq. İstehsalın əvvəlki illərlə müqayisədə daha artıq olacağı qənaətindəyəm və ümumilikdə, bu il kənd təsərrüfatı sahəsində bolluq olacağını düşünürəm", - deyə C.İbrahimli vurğulayıb.

Əgər qeyri-sabit hava şəraiti uzun müddət davam edərsə və təsərrüfata ziyan dəyərsə, o zaman fermerlər dövlət tərəfindən hansı dəstəyi ala bilərlər?

Aqrar Sığorta Fondunun numüyəndəsi Əli Əhmədov isə Oxu.Az-a açıqlamasında bildirib ki, ənənəvi olaraq aprel, may və iyun ayları kənd təsərrüfatı üçün təbiət hadisələri baxımından ən riskli dövr sayıla bilər.

"Qarşıdakı günlərdə, daha dəqiqi aprelin 14-dən başlayaraq hava şəraitinin kəskinləşməsi, gözlənilən yağış, dolu və fırtına-qasırğa halları digər sahələrlə yanaşı, kənd təsərrüfatına böyük zərər vura bilər.

Xüsusilə əkin sahələri - taxıl, pambıq, bostan bitkiləri, meyvə bağları və sair bitkilər belə hallara qarşı ən həssas olan və zərər çəkə bilən təsərrüfatlar arasındadır. Bunu nəzərə alaraq, Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini öz əkin sahələrini vaxtında sığorta etməyə çağırır.

Sığorta haqqına tətbiq edilən 50%-lik dövlət dəstəyi sayəsində fermerlər cüzi ödəniş etməklə öz təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.

Eləcə də yağışlar nəticəsində yaranan sel heyvandarlıq təsərrüfatlarına da zərər vura, o cümlədən, xırdabuynuzlu kənd təsərrüfatı heyvanlarını sel apara bilər. Ölkəmizin müxtəlif bölgələrində belə hallar dəfələrlə baş verib. Bunu nəzərə alaraq, Aqrar Sığorta Fondu heyvandarlıq təsərrüfatları, xüsusilə xırdabuynuzlu heyvan sahibi olan fermer və təsərrüfatları öz heyvanlarını sığortalamağa çağırır. Hazırda qüvvədə olan sığorta tarifləri və dövlət dəstəyini nəzərə aldıqda, 200 manatlıq qoyun və keçirir sığortalanması ildə 5.2 manata, 300 manatlıq heyvanın sığortalanması isə cəmi yeddi manata başa gəlir.

Əvvəlki illərin təcrübəsi göstərir ki, il ərzində əkinçilik sahəsində baş verən hadisələrin təqribən yarısı ilin bu dövründə qeydə alınır. Hadisələr nəticəsində dəymiş zərərlərə görə, sığorta ödənişlərinin böyük hissəsi də məhz fırtına-qasırğa, sel-subasma və dolu hadisələri üzrə həyata keçirilib.

Belə ki, 2024-cü ildə bitkiçilik sığortası üzrə həyata keçirilmiş 5.2 milyon manat sığorta ödənişinin 1 653 min manatı sel-subasma halları üzrə edilib", - deyə Ə.Əhmədov qeyd edib.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri