Icma.az
close
up
RU
Kənd təsərrüfatı məhsulları ucuzlaşacaq?

Kənd təsərrüfatı məhsulları ucuzlaşacaq?

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Prezidenti kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında aqrar sektorunun inkişafı ilə bağlı strateji hədəfləri elan edib. Elə həmin gün, cənab Prezident tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” təsdiq olunub.

Dövlət Proqramının icrası hansı kənd təsərrüfatı məhsullarının qiymətlərinin azalmasına səbəb ola bilər?

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, proqramda ölçüləbilən hədəf göstəricilərin elan edilməsi növbəti 5 ildə Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı aydın strateji yanaşmanı göstərir:

Kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının həcminin 2030-cu ilədək 4 dəfə artırılaraq 6 milyard dollara çatıdırılması hədəflənir.

Bu Azərbaycanın qeyri neft-qaz ixracatında növbləti illərdə kəskin artımların olacağından xəbər verir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində yaradılan ümumi daxili məhsulun artımı isə 2 faiz ətrafında hədəflənir.

Alt-hədəf indikatorlarında konkret məhsul növləri üzrə artım faizləri qeyd olunub. 2030-cu ilədək mal əti istehsalında ən azı 20, qoyun əti istehsalında 9, quş əti istehsalında isə 30 faiz artım hədəflənir. Bu hədəfə nail olunması ət idxalının azalmasına səbəb olmaqla yanaşı, ətin qiymətinin optimallaşdırılmasına və bəzi məhsullar üzrə azalmasına gətirib çıxara bilər.

İstixana komplekslərinin sahəsinin 1500 hektardan 2000 hektara çatıdırlması kənd təsərrüfatı məhsullarının mövsümdən sonrakı dövr üçün saxlanmasına imkan verəcək. Bu mövsümdən sonrakı dövrdə qiymət artımlarının qarşısının alınması baxımdan vacib alətlərdəndir.

Azərbaycan üçün strateji məhsul hesab olunan buğda istehsalı həcminin ölkə üzrə 20 faiz artırılması da hədəflənir.

Bu da çörəyin qiymətinin optimallaşdırılmasına və idxal inflyasiyasının minimumlaşdırılmasına səbəb ola bilər. Azərbaycan Prezidentinin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, idxalın azaldılması bu sahədə əsas prioritetlərdəndir.

Aqrar sahənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və daxili istehsal potensialının artırılması, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, innovasiya, rəqəmsallaşma və insan kapitalının inkişaf etdirilməsi və balıqçılıq və akvakultura sahələrinin inkişafı əsas məqsədləri olan dövlət Proqramının icrası Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 May 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri