Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Kənd təsərrüfatı məhsulları niyə bahalaşır?

Kənd təsərrüfatı məhsulları niyə bahalaşır?

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sentyabr ayı üzrə qiyməti artan və azalan qida və qeyri-qida məhsulları açıqlanıb. Ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, balıq, balıq məhsullarının, yumurtanın, xamanın, kəsmiyin, kərə yağının, armudun, şaftalının, qozun, fındığın, ağ kələmin, göyərtinin dəyərində baş verib. Ət və ət məhsulları 2,3 faiz, balıq 1,5 faiz, yumurta 1,1 faiz, tərəvəz 6,2 faiz, kərə yağı 0,6 faiz bahalaşıb.

Xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə limonun, bananın, almanın, üzümün, soğanın qiymətlərində müşahidə olunub.

2025-ci ilin sentyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artıb. Sentyabrda əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma mebelin, avtomobillər üçün ehtiyat hissələrinin, şəxsi gigiyena məmulatlarının, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə yay geyimlərinin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Məhsulun maya dəyərinin yüksək olması satış qiymətlərini bahalaşdırır

İqtisadçı-eskpert Razi Abbasbəylinin sözlərinə görə, məhsulun maya dəyərinin yüksək olması Azərbaycanda kənd təsərrüfatı məhsullarını bahalaşdıran əsas səbəblərdən biridir: "Məhsul istehsalı asan başa gəlmir. İstehsal vasitələri, yəni toxum, gübrə, pestisidlər və s. bahadır. İstixanalarda istifadə edilən təbii qazın qiyməti yüksəkdir. Buraya suvarılma və daşınma xərcləri də əlavə olunur. Bu səbəbdən də kənd təsərrüfatı məhsullarının istehsalı zamanı maya dəyəri kifayət qədər yüksək olur. Qonşu Türkiyə, Gürcüstan kimi ölkələrdə istixanalar üçün təcrübə təminatı ilə bağlı xüsusi güzəşt limitləri tətbiq olunur. Əsas məqsəd də ölkə əhalisinin qidaya olan tələbatının ödənilməsidir. Azərbaycanda 1 hektar buğda sahəsinin şumlanması üçün 60 manat subsidiya verilir. Bu, kifayət etmir. Kəndli məcbur qalıb cibindən əlavə vəsait qoyub məhsul becərir. Bu zaman da məhsulun maya dəyəri artır və bazara məcburi olaraq baha çıxarılır. Digər tərəfdən, Azərbaycanda strateji ərzaq məhsulları üzrə əkin sahələrinin həcmində azalma var. Əkin sahələri günü-gündən azalır. Daha çox yonca, buğda, pambıqçılıq sahələri ayrılmağa başlanıb. Strateji ərzaq məhsullarının əkini ilə bağlı həm təşviqetmə proqramları doğru-düzgün işləmir. Dövlət dəstəyi kifayət qədər olmadığına görə insanlar bu məhsulların yetişdirilməsində maraqlı olmurlar. Bu da təbii ki, zamanla qıtlığa, bahalaşmaya gətirib çıxarır".

Kəndli becərdiyi məhsulu rahatlıqla gətirib paytaxtda sata bilmir

Ekspert bildirib ki, paytaxtda satılan kənd təsərrüfatı məhsullarının qiymətinin bölgələrə nisbətən baha olmasının digər bir səbəbi isə monopoliyadır. Bakıda "kolxoz bazarları" anlayışı çoxdan sıradan çıxıb. Kəndli becərdiyi məhsulu rahatlıqla gətirib paytaxtda sata bilmir. Hətta becərdiyi məhsulu Bakıya gətirməkdə çətinlik çəkir. Logistik xərclər çox bahadır. Bu gün kənd təsərrüfatı məhsulları iri market şəbəkələrində daha çox satılır. İri market şəbəkələrindəki kənd təsərrüfatı məhsullarına diqqət yetirdikdə görürük ki, daha çox xaricdən gətirilən meyvə tərəvəz məhsullarına üstünlük verilir. Yaxud bir neçə məlum ünvanlardan götürülən məhsullar satılır. Azərbaycanda kartof istehsal olunsa belə, xarici ölkələrdən nisbətən ucuz qiymətə kartof gətirib iri supermarketlərdə satışa çıxarır və daha çox gəlir əldə edirlər. İnsanlar da qiyməti münasib məhsula üstünlük verdiyi üçün yerli yox, xarici məhsullar alır. Bu da nəticə etibarilə yerli məhsulların həm bazara çıxşını çətinləşdirir, həm də onların gələcək üçün əkinə meyllənməsinin qarşısını alır".

Qiymətləri artıran logistik xərclər

Razi Abasbəylinin dediyinə görə, logistik xərclərin baha olması səbəbindən fermer məcbur qalıb istehsal etdiyi məhsulu müəyyən edilmiş qiymətlər topdansatış tədarük məntəqələrinə verir. Tədarük məntəqələrində də məhsula istənilən qiymət qoyulur. Bu qiymətlə də məhsul supermarketlərə, bazarlara göndərilir. Bütün bunlar da kənd təsərrüfatı məhsullarının baha olmasına gətirib çıxarır: "Kəndli becərdiyi məhsuldan qazanc əldə edə bilmir. Məhsulu əlində qaldığı üçün maya dəyərinə, bəzən isə ondan da aşğı qiymətə satır. Kənd təsərrüfatı məhsullarından qazanc əldə edə bilmədiyi üçün növbəti dəfə kədli yonca, buğda əkməyə üstünlük verir və buna yönəlir. Bu da kənd təsərrüfatı məhsullarının istehsalının ildən-ilə azalmasına gətirib çıxarır. Hesab edirəm ki, bu proses bir neçə ildən sonra daha da sürətlə gedəcək. Çox təəssüf ki, Azərbaycanın potensialının olmasına baxmayaraq, adi kənd təsərrüfatı, meyvə və tərəvəzlərdən belə asılı vəziyyətə düşür".

Əhalini təmin edəcək səviyyədə məhsul istehsal edilmir

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli deyir ki, Azərbaycan kənd təsərrüfatı ölkəsi olsa da, məhsullar çox bahadır. Üstəlik, bu gün bir çox kənd təsərrüfatı məhsulları ölkəyə idxal edilir: "Azərbaycan özünü təmin edəcək səviyyədə məhsul istehsal edə bilmir. Ümumdünya Səhiyyə Təşkilatın müəyyən etdiyi norma var ki, adambaşına il ərzində nə qədər ət, süd, yağ, çörək, pendir, kartof, meyvə-tərəvəz istehlak etməlidir. Bu normaya uyğun olaraq Azərbaycan 1 milyon 700 min ərzaq buğdası istehsal etməlidir. Ancaq Azərbaycan 1 milyon 700 min ton buğda istehsal etsə də, bu ərzaq üçün yararll buğda deyil. Biz kifayət qədər kartof da istehsal edə bilmirik və təxminən 230 min ton  kartof idxal edirik. Ölkədə əhalinin tələbatının 80 faizi qədər kartof, 35 faizi qədər ət, 50 faiz süd istehsal olunur. Xaricdən ölkəyə quru süd gətirilir, su ilə qarışdırılır və daxili istehsal kimi təqdim olunur".

Onun sözlərinə görə, Azərbaycanda toxumçuluqla ciddi məşğul olunmur. Stress amillərə dözümlü, yüksək məhsuldar toxum sortları yetişdirilməlidir və bununla məşğul olan yoxdur. Digər tərəfdən, Azərbaycan digər ölkələrdən istehsal vasitələrini idxal edir. Məsələn, gübrə, pestisidlərdir ki, onun da idxalı ilə məşğul olan oliqarx məmurlardır, müəyyən işbazlardır. Onlar daha çox qazanc əldə etmək üçün gedib ucuz, keyfiyyəti aşağı məhsullar sifariş edirlər. Bundan da ümumilikdə ölkəmiz əziyyət çəkir. Fermerlər də həmin gübrə, pestisidlərdən istifadə edir, ancaq istənilən nəticə olmur. Gətirilən kimyəvi maddələrin tərkibi standarta uyğun olmur. Yəni Azərbaycan istehsalla bağlı ciddi problemlə qarşılaşır. Ona görə də Azərbaycan özünün ərzaq məhsullarına olan tələbatını ödəyə bilmir və idxal etmək məcburiyyətində qalır. Əgər Azərbaycan istehsalı müəyyən səviyyəyə çatdıra bilmirsə, ixracatçı ölkəyə çevrilə bilməz.

Atılan addımlar səmərəsiz oldu, ucuzlaşma əvəzinə bahalaşma baş verdi

İqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə əsasən, bu gün Azərbaycanın həm idxalı, həm ixaracatı, həm də yerli istehsalı monopoliya altındadır. Yəni monopolist istəsə, qiyməti ucuzlaşdıra bilər, istəsə, bahalaşdıra bilər. Bu isə düzgün deyil: "Məsələn, yayda heyvan yemlərini ƏDV-dən azad etdilər ki, bu da 18 faiz ucuzlaşma demək idi. Ancaq biz bunun əksini müşahidə elədik. Yem bahalaşdı və onun fonunda ət də bahalaşdı. Atılan addımlar səmərəsiz oldu, ucuzlaşma əvəzinə bahalaşma baş verdi. Çünki inhisarçı bazarda sahibkarın mənfəət götürməklə bağlı düşüncəsi yalnız qiyməti artırmaqdır. Rəqabətli bazarda rəqiblərin təzyiqi ilə qiymət optimallaşır. Ancaq inhisarçı bazarda isə inhisarçının qarşısında qiyməti bahalaşdırmaq üçün heç bir maneə yoxdur. Ona görə də inhisarçı bazarın sahibkarı qiyməti artırmağa meyillidir. Bəzən süni bahalaşma ilə bağlı kampaniya aparırlar. Ancaq əslində hökumətin təsir mexanizmi yoxdur, yalnız inzibati qaydada sahibkara təzyiq edə bilər. Bazar iqtisadiyyatına keçid dövrü bitib və artıq hökumət sahibkara qiymət diktə etməməlidir. Bazar iqtisadiyyatı modeli fəaliyyət göstərən ölkədə monopoliya, inhisarçılar da olmamalıdır. Hökumət əslində bu inhisarçılara qarşı mübarizə aparmalıdır ki, bazarın, məsələn, 5 faizindən çoxu heç bir sahibkarın nəzarətinə keçə bilməz. Bununla bağlı qanun qəbul olunmalıdır. Azərbaycanda isə "Rəqabət haqqında" Qanunda isə göstərilir ki, bazarın 30 faizindən artığı bir sahibkarın əlində cəmləşə bilməz. Bu da çox böyük paydır. Həmin qadağanı keçmək üçün 4 şirkət yaratmaq kifayətdir. Artıq buna gedilməlidir. Vəziyyət özü bunu tələb edir".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri