Icma.az
close
up
RU
Kənd Təsərrüfatı Nazirliyində “İnsan hüquqlari ayliği” çərçivəsində tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyində “İnsan hüquqlari ayliği” çərçivəsində tədbir keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “İnsan hüquqlarının və azadlıqlarının mahiyyəti” mövzusunda görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən nazirliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov bildirib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bunu nəzərə alaraq Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunub. Fuad Məmmədov Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, habelə digər qanunvericilik aktlarında təsbit olunmuş insan hüquqları və qanuni mənafelərinin qorunması ilə bağlı mühüm müddəalar, onların təmin olunması istiqamətində dövlət səviyyəsində görülmüş işlər, o cümlədən aqrar sahədə çalışan işçilərin hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbirdə çıxış edən Hüquq və icra intizamı şöbəsinin müdiri Yasər Abdullayev Kənd Təsərrüfatı Nazirliyinin insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirdiyi geniş fəaliyyətdən söz açıb.

Çıxış edənlər Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı və regionlarda əməkdaşların, fermerlərin sağlam, təhlükəsiz əmək şəraitinin təşkili və təmin edilməsinə xüsusi diqqət yetirildiyi, bu istiqamətdə maarifləndirmə tədbirlərinin, təlimlərin keçirildiyini diqqətə çatdırıblar.

Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see402

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see262

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see204

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see188

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see185

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see179

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see155

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see153

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see144

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri