Icma.az
close
up
RU
Kənd Təsərrüfatı Nazirliyində “Üfüq” Karyera İnkişaf Proqramına start verilir

Kənd Təsərrüfatı Nazirliyində “Üfüq” Karyera İnkişaf Proqramına start verilir

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

"Unikal" xəbər verir ki, sənəd Kənd Təsərrüfatı Nazirliyində intellektual səviyyəsi yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da kadr ehtiyatı bankının yaradılması istiqamətində əməkdaşlığı nəzərdə tutur. Memoranduma əsasən, tərəflər Kənd Təsərrüfatı Nazirliyi daxilində “Üfüq” Karyera İnkişaf Proqramını həyata keçirəcək.

İlk dəfə təşkil edilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqəyə Nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlarda inzibati vəzifə tutan, ali təhsilli bütün əməkdaşlar qoşulacaq. Müsabiqə qeydiyyat, onlayn seçim, əyani seçim (qabiliyyət üzrə) və finaldan ibarət olmaqla 4 mərhələdə keçiriləcək.

Müsabiqə tam obyektivlik, qərəzsizlik və şəffaflıq prinsipləri əsasında keçiriləcək. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə təsis edilən və artıq 4 dəfə uğurla həyata keçirilmiş “Yüksəliş” müsabiqəsinin ekspertləri və təşkilati komandası tərəfdaş qismində iştirak etməklə müsabiqə proqramı və materiallarını hazırlayacaq, müsabiqə çərçivəsində iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsini həyata keçirəcək. 

Müsabiqədə qalib gələn iştirakçılar inkişaf proqramına cəlb olunacaq, müxtəlif təlimlər, kouçinq sessiyaları, komanda quruculuğu tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin idarəçi rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər. 

Həmçinin müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək və daha yüksək vəzifə təyinatında müsabiqənin nəticələri nəzərə alınacaq. 

Üfüqdə inkişaf var!
 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Mart 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri