Icma.az
close
up
RU
Kənd Təsərrüfatı Nazirliyində “Üfüq” Karyera İnkişaf Proqramına start verilir

Kənd Təsərrüfatı Nazirliyində “Üfüq” Karyera İnkişaf Proqramına start verilir

Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd Kənd Təsərrüfatı Nazirliyində intellektual səviyyəsi yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da kadr ehtiyatı bankının yaradılması istiqamətində əməkdaşlığı nəzərdə tutur. Memoranduma əsasən, tərəflər Kənd Təsərrüfatı Nazirliyi daxilində “Üfüq” Karyera İnkişaf Proqramını həyata keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, ilk dəfə təşkil edilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqəyə nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlarda inzibati vəzifə tutan, ali təhsilli bütün əməkdaşlar qoşulacaqlar. Müsabiqə qeydiyyat, onlayn seçim, əyani seçim (qabiliyyət üzrə) və finaldan ibarət olmaqla 4 mərhələdə keçiriləcək.

Müsabiqə tam obyektivlik, qərəzsizlik və şəffaflıq prinsipləri əsasında təşkil olunacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilən və artıq 4 dəfə uğurla reallaşdırılmış “Yüksəliş” müsabiqəsinin ekspertləri və təşkilati komandası tərəfdaş qismində iştirak etməklə müsabiqə proqramı və materiallarını hazırlayacaq, müsabiqə çərçivəsində iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsini həyata keçirəcək. Müsabiqədə qalib gələn iştirakçılar inkişaf proqramına cəlb olunacaq, müxtəlif təlimlər, kouçinq sessiyaları, komanda quruculuğu tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin idarəçi rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.

Həmçinin müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək və daha yüksək vəzifə təyinatında müsabiqənin nəticələri nəzərə alınacaq.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://dogru.az
archiveBu xəbər 09 Mart 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri