Icma.az
close
up
RU
Kənd təsərrüfatına verilən vergi güzəştləri balıqçılığa da şamil ediləcək

Kənd təsərrüfatına verilən vergi güzəştləri balıqçılığa da şamil ediləcək

Icma.az, Marja.az saytına istinadən bildirir.

Məlum olduğu kimi, kənd təsərrüfatı sektoru torpaq vergisi istisna olmaqla digər vergilər üzrə ödəmələrdən azaddır. Mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət zamanı istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad ediliblər. Bundan başqa, aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara da vergi təşviqləri verilib. 

Marja Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, eləcə də kənd təsərrüfatı məhsulları istehsalı ilə əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına onlara verilən subsidiyalar 2023-cü il yanvarın 1-dən gəlir vergisindən müddətsiz olaraq azaddır. Hüquqi şəxslərin isə həmin fəaliyyət üzrə satışdankənar gəlirləri və dövlət büdcəsinin vəsaiti hesabına onlara verilən subsidiyalar, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri  2023-cü il yanvarın 1-dən 4 il müddətinə mənfəət vergisindən azad edilib.

Balıqçılıq sahəsində fəaliyyət göstərən sahibkarların dəstəklənməsi və istehlakçıların balıqçılıq məhsulları ilə uyğun qiymətə təmin olunması məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və satışına aid edilən vergi güzəştlərinin 2026-cı il yanvarın 1-dən bu sahəyə də şamil edilməsi nəzərdə tutulur. Güzəştlər yalnız balıq kürüsünün istehsalına aid edilməyəcək.

Qeyd edək ki, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən emal edilən balıqçılıq məhsulları istisna olmaqla, kəsilən və dondurulan balıqlar da kənd təsərrüfatı məhsulları kimi qiymətləndiriləcək.

Vergi Məcəlləsinə edilən bu dəyişikliyin balıqçılıq sektorunun davamlı inkişafına təkan verəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://marja.az
archiveBu xəbər 22 Dekabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see300

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see242

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see236

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see183

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see152

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see143

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see142

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see141

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see138

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see128

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri