Yeni vergi güzəştləri gəlir Kimlərə şamil olunacaq?
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vergi uçotunda olmayan fiziki şəxslərin nağdsız hesablaşmalar üzrə əldə etdikləri gəlirlərə tətbiq edilən vergi dərəcələrinin, eləcə də aqrar sektorda fəaliyyət göstərən istehsalçılar üçün vergi güzəştlərinin yenilənməsi təklif olunur.
Bizim.Media xəbər verir ki, bu Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Təklifə əsasən, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunda nəzərdə tutulan malların satışından əldə etdikləri gəlirlərdən xərclər çıxılmadan vergi tutulacaq. Belə ki, qanunda göstərilən malların bir qismi üzrə vergi dərəcəsinin 5 faiz, digər qrup mallar üzrə isə 2 faiz olması nəzərdə tutulur.
Dəyişikliklərə əsasən, aqrar məhsul istehsalçıları üçün mövcud vergi güzəştlərinin də yeni qaydalarla davam etdirilməsi təklif olunur. Belə ki, 2027-ci il yanvarın 1-dən etibarən 5 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirlərin, o cümlədən bu fəaliyyətlə bağlı satışdankənar gəlirlərin 90 faizinin vergidən azad edilməsi nəzərdə tutulur.
Bu, o deməkdir ki, aqrar məhsul istehsalçılarının həmin məhsulların istehsalından əldə etdikləri gəlirlərin qalan 10 faizi vergitutmaya cəlb olunur. Güzəştin tətbiqi üçün istehsalçıların müvafiq dövlət informasiya sistemində qeydiyyatda olması və gəlirlərini vergi bəyannaməsində bəyan etməsi tələb ediləcək.
Bundan başqa, heyvandarlıq fəaliyyəti ilə məşğul olan və müvafiq informasiya sistemində qeydiyyatdan keçmiş fərdi sahibkarların yetişdirdikləri iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsilərək satışından əldə etdikləri gəlirin 50 faizinin vergidən azad edilməsi təklif olunur. Bu güzəştin 2027-ci il yanvarın 1-dən 3 il müddətinə tətbiqi nəzərdə tutulur.
Eyni zamanda, aqrar məhsul istehsalçılarına həmin məhsulların istehsalı ilə əlaqədar dövlət büdcəsi hesabına verilən subsidiyaların 2027-ci il yanvarın 1-dən 5 il müddətinə vergidən azad edilməsi təklif edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 18 Noyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















