Icma.az
close
up
RU
Kənd təsərrüfatında yeni çağırışlar

Kənd təsərrüfatında yeni çağırışlar

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İndiki dövrdə dövlətlərin gücü təkcə sənaye və enerji imkanları ilə ölçülmür. Əhalinin ərzaq təminatı da enerji təhlükəsizliyi qədər strateji əhəmiyyət daşıyan məsələdir. Buna görə də aqrar sahənin inkişafı iqtisadi siyasətin vacib yönlərindən birinə çevrilib. Prezident İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də göstərir ki, qarşıdakı dövrdə əsas məqsəd, sadəcə, istehsalın artırılması deyil, aqrar sahədə keyfiyyətcə yeni inkişaf modelinin formalaşdırılmasıdır.

Ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Regionlarda yaradılan infrastruktur, su təsərrüfatının yenilənməsi, fermerlərə verilən dəstək mexanizmləri və texnoloji yeniliklər aqrar istehsalın həcminə müsbət təsir göstərib. Lakin qlobal bazarlarda müşahidə olunan dəyişikliklər artıq yeni yanaşmalar tələb edir. Ərzaq məhsullarına tələbatın artdığı, təchizat zəncirlərinin vaxtaşırı risklərlə üzləşdiyi bir dövrdə kənd təsərrüfatında dayanıqlılığın təmin olunması əsas prioritetə çevrilir. Torpaq məhsuldarlığının artırılması məsələsi xüsusi aktuallıq qazanır. Aqrar istehsalın genişlənməsi yeni növ məhsulların və fərqli tərkibli gübrələrin istehsalını zəruri edir.

Müşavirədə də qeyd olunduğu kimi, məhsuldarlığa kömək edən gübrə istehsalının artırılması təkcə kənd təsərrüfatı məsələsi deyil. Bu, həm də iqtisadi müstəqillik məsələsidir. Xarici bazarlarda qiymət dəyişiklikləri və logistika problemləri yerli fermerlərin fəaliyyətinə təsir göstərməməlidir. Daxili istehsal imkanlarının genişləndirilməsi ölkəyə həm qiymət sabitliyi qazandırır, həm də fermerlərin istehsal planlarını daha dəqiq qurmasına şərait yaradır. Nəticədə məhsulun maya dəyəri aşağı düşür, rəqabət qabiliyyəti artır və bazarda dayanıqlı inkişaf üçün zəmin formalaşır.

Aqrar sahədə texnoloji yenilənmə də vacib şərtdir. Bir vaxtlar günlərlə davam edən əkin və biçin prosesləri müasir texnikaların tətbiqi sayəsində indi bir neçə saatla ölçülür. Bu, həm də istehsal mədəniyyətinin yenilənməsidir. Müasir maşın və mexanizmlər torpağın daha səmərəli becərilməsini, məhsul itkilərinin azalmasını və resurslardan qənaətlə istifadə olunmasını şərtləndirir.

Ölkəmizin regionlarında texnika parkının yenilənməsi istiqamətində görülən işlər kənd təsərrüfatının simasını dəyişən amillərdən biri hesab edilə bilər. Fermerlərin güzəştli şərtlərlə texnika əldə etməsi istehsal imkanlarını genişləndirib və kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə təkan verib. Bu, eyni zamanda, kəndlə şəhər arasında iqtisadi fərqlərin azalmasına da təsir edir. Ölkə daxilində istehsal olunan texnikalar servis xidmətlərinin əlçatanlığını artırır, əlavə iş yerləri yaradır və sənaye sahələrinin inkişafına təkan verir. Eyni zamanda, bu yanaşma aqrar sektorun xarici bazarlardakı dalğalanmalardan daha az asılı olmasına imkan yaradır.

Dövlət başçımız sözügedən müşavirədə xüsusi vurğulayıb ki, kənd təsərrüfatı ənənəvi üsullarla deyil, elmə, texnologiyaya və müasir idarəetməyə əsaslanan model üzrə inkişaf etməlidir. Gübrə istehsalının genişləndirilməsi və texniki təminatın gücləndirilməsi bu modelin mühüm sütunlarını təşkil edir. Hər iki istiqamətdə həyata keçirilən tədbirlər gələcəkdə daha yüksək məhsuldarlıq, daha dayanıqlı istehsal və daha güclü ərzaq təhlükəsizliyi deməkdir. Azərbaycanın aqrar siyasətində formalaşan yeni yanaşma kənd təsərrüfatını, sadəcə, iqtisadi fəaliyyət sahəsi kimi deyil, milli inkişafın mühüm dayaqlarından biri kimi ön plana çıxarır.

Ə.ƏLİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyun 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri