Icma.az
close
up
RU
Kənd təsərrüfatında YOXLAMALAR

Kənd təsərrüfatında YOXLAMALAR

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bir müddət öncə Modern.az ölkənin aqrar sektorundakı duruma diqqət çəkmişdi. Həmin yazılarda da qeyd etmişdik ki, Azərbaycan uzun illərdir kənd təsərrüfatında ciddi sistemsizlik və idarəçilik problemləri yaşayır.

Azərbaycanda kənd təsərrüfatının idarə edilməsi müxtəlif dövrlərdə fərqli nazirlərin dövründə fərqli istiqamətlərdə aparılsa da, nəticə dəyişməyib.

Bu qədər illər və büdcə vəsaitindən sonra hələ də adi yerli pendir brendi yarada bilməmişik.

Gürcüstan “Sulguni” ilə, Türkiyə “Ezine” ilə, Fransa “Camembert” ilə tanınırsa, bizdə “Azərbaycan pendiri” deyəndə ortada real məhsul yoxdur.

Çünki nazirlərimiz “Sulguni”, “Ezine” , “Camembert” yeyir.

Və bu, təkcə tanıtım kimi qiymətləndirilməməlidir. Kəndlinin gəliri, ixrac potensialı, ölkənin keyfiyyətli ərzaq müstəqilliyi bununla birbaşa bağlıdır.

Son illərdə kənd təsərrüfatı təyinatlı torpaqların böyük hissəsinin yüksək vəzifəli şəxslər tərəfindən ələ keçirildiyi barədə iddialar səslənir.

Əkinlər isə ya formal şəkildə göstərilir, ya da ümumiyyətlə becərilmir. Nəticədə dövlət subsidiyaları “kağız üzərində” fəaliyyət göstərən təsərrüfatlara yönəlir.

Bütün bunlar ekspertlərin rəyləridir. Təbii ki, biz bu rəylərin yalan olmasını çox istərdik.

Bəs, gerçəklik nə deyir?

Modern.az-ın əldə etdiyi məlumata görə, bir müddətdir ki, aqrar sektorda rəsmi statistikaya şübhələr yaranıb.

Məlumata görə, göstəriş verilib ki, yerli icra hakimiyyətləri səviyyəsində bu rəqəmlər yenidən dəqiqləşdirilsin.

Bəzi rayonlarda məhsuldarlıq rəqəmləri 20-30 faiz şişirdilib, bəzi yerlərdə isə idxal məhsulları yerli istehsal kimi təqdim olunub.

Məsələn, ötən il Qazaxıstandan gətirilən qoyunların bir hissəsi Azərbaycanda kəsilərək “yerli istehsal” kimi sənədləşdirilib iddiaları ekspertlər tərəfindən tez-tez səsləndirilir. 

Belə faktlar aqrar siyasətin effektivliyini sual altına salır.

Əslində hər birimiz bilirik ki, dünya yeni bir təhdidlə, ərzaq və su böhranı ilə üz-üzədir.

BMT-nin hesabatında qeyd olunur ki, 2030-cu ilə qədər qlobal ərzaq çatışmazlığı enerji böhranını kölgədə qoya bilər.

Azərbaycanda isə vəziyyət daha həssasdır. Əgər bu gün buğdanın, taxılın, kartofun və süd məhsullarının böyük hissəsi idxal hesabına təmin olunursa, sabah pulla da tapılmaya bilər.

Mütəxəssislər xəbərdarlıq edir ki, ərzaq idxalına 60 faizlik asılılıq milli təhlükəsizlik riski yaradır.

Bölgələrdən gələn məlumatlar rəsmi statistikanı təkzib edir. Amma biz yoxlamaların nəticələrini gözləyək. 

Hazırda bölgələrdə yerli icra orqanlarının iştirakı ilə faktiki vəziyyət araşdırılır.

Məqsəd “gözəgəlimli” rəqəmlərin doğruluğunu müəyyənləşdirməkdir.

Əgər bu proses şəffaf aparılarsa, illərlə gizlədilən torpaq zəbtləri, statistikalar və “gerçək təsərrüfatlar” üzə çıxacaq.

Buğda, çörək, su, bunlar Azərbaycan kəndlisinin müqəddəs dəyərləridir.

Əgər bu müqəddəsliyin statistikasını saxtalaşdırırıqsa, bu artıq mənəvi xəyanətdir.

Bizə lazım olan budur, azərbaycanlı süfrəsində öz torpaqlarımızın məhsulu olsun. 

Bütün yoxlamaların məqsədi də elə bu olmalıdır.

Elnur ƏMİROV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see369

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see277

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see270

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see266

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see265

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see259

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see256

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see254

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see254

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see250

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see246

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see243

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see241

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see232

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see230

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see221

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see202

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see199

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see190

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri