Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Kənd təsərrüfatında “şişirdilmiş” rəqəmlər Yoxlamalar TƏSDİQLƏNİR

Kənd təsərrüfatında “şişirdilmiş” rəqəmlər Yoxlamalar TƏSDİQLƏNİR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar aqrar sektorla bağlı rəsmi statistik göstəricilər ətrafında müzakirələr artıb.

Modern.az-ın əldə etdiyi məlumatına görə, aqrar sektora aid rəsmi statistikaya şübhələr yarandığından yerli icra hakimiyyətləri səviyyəsində bu rəqəmlər yenidən dəqiqləşdirilməsinə göstəriş verilib.

İddialara görə, bəzi rayonlarda məhsuldarlıq rəqəmləri 20-30 faiz şişirdilib, bəzi yerlərdə isə idxal məhsulları yerli istehsal kimi təqdim olunub. Məsələn, bəzi ekspertlər bildirirlər ki, ötən il Qazaxıstandan gətirilən qoyunların bir hissəsi Azərbaycanda kəsilərək “yerli istehsal” kimi sənədləşdirilib. Belə faktlar aqrar siyasətin effektivliyini sual altına salır.

Modern.az saytı aqrar sektordakı yoxlamalara, rəqəmlərin reallığı əks etdirib-etdirmədiyinə dair iddialara münasibət öyrənmək üçün Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevlə əlaqə saxlayıb.

Deputat bildirib ki, statistik məlumatlarla bağlı yayılan iddialar barədə indidən fikir söyləmək düzgün deyil. Onun sözlərinə görə, hazırda araşdırmalar aparılır və nəticələrdən sonra məsələ aydınlaşacaq:

“Araşdırmaları mütəxəssislər aparır, biz bu məsələyə yalnız yoxlamalar yekunlaşandan sonra münasibət bildirə bilərik. Mən həmin hadisələrin içində deyiləm ki, deyim statistika doğrudur, yoxsa səhvdir. Dövlət Statistika Komitəsi var, biz məlumatları onlardan alırıq və təbii ki, bu məlumatlara inanırıq. Amma hansısa nazirlik və ya müəssisə öz statistik göstəricilərini düzgün təqdim etmirsə, bu, artıq geniş araşdırma tələb edir”.

Komitə sədri onu da qeyd edib ki, aparılan yoxlamalar nəticəsində bəzi faktlar təsdiqini tapır, bəziləri isə təkzib olunur:

“Hər bir müəssisədə, istər hesablama xidmətində, istərsə də digər orqanlarda araşdırmalar aparılır. Harada ciddi nöqsan və ya maliyyə çatışmazlığı aşkarlanırsa, sözsüz tədbirlər görülür. Xırda səhvlər olduqda isə tövsiyə və təkliflər verilir. Amma bir daha vurğulayıram, yalnız yoxlamaların nəticəsindən sonra konkret fikir söyləmək mümkündür”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə hesab edir ki, Azərbaycanda aqrar sektordakı statistika ilə bağlı problemlər yeni deyil və illərdir bu sahədə manipulyasiyalara yol verilir:

“Dəfələrlə açıqlamalarımda, çıxışlarımda demişəm ki, statistik göstəricilərdə xətalara yol verilir. Bir dəfə ANS TV-də Dövlət Statistika Komitəsinin sədr müavini ilə bir verilişdə iştirak edirdim. Komitənin rəsmi kitabından konkret rəqəmləri seçib faktlarla göstərdim ki, istehsal göstəriciləri süni şəkildə artırılıb, idxal isə azaldılıb. Bu tendensiya xüsusilə 2010-cu illərdən müşahidə olunur. Növbəti ildə artım göstərmək üçün isə əvvəlki ilin rəqəmləri sonradan aşağı salınırdı”.

Ekspertin sözlərinə görə, eyni hal bu gün kənd təsərrüfatı statistikalarında özünü göstərir:

“Məsələn, 2019-cu ildə keçmiş nazirin dövründə buğda istehsalı 2 milyon 100 min ton kimi göstərilmişdi. Halbuki bu il 1 milyon 580 min ton istehsal olunub. 600 min ton fərq böyük göstəricidir. Həqiqətən də Azərbaycan o qədər buğda istehsal etmişdimi? Əlbəttə yox. Əgər bu qədər istehsal olunsaydı, niyə 1 milyon 300 min ton buğda idxal edilirdi? Bu, mümkün deyil”.

Müsahibimiz vurğulayıb ki, bəzi hallarda xaricdən kəsim üçün gətirilən heyvanlar yerli istehsal kimi təqdim olunur:

“Ölkəyə gətirilən heyvanlar burada kəsilir və daxili istehsal kimi göstərilir. Halbuki bu, doğru deyil. Həmçinin xaricdən gətirilən buğda burada emal olunur və tamamilə yerli istehsal kimi təqdim edilir. Şəkər, bitki yağı kimi məhsullarda da eyni vəziyyətdir. Yəni bu, ümumilikdə yanlış statistika yaradır”.

V.Məhərrəmov onu da diqqətə çatdırıb ki, bu kimi problemlər korrupsiya və saxtakarlıqla da əlaqəlidir:

“Bu yaxınlarda hətta bir sahibkar mənə dedi ki, Kənd Təsərrüfatı Nazirliyindən yoxlamaya gəliblər, bağın intensiv olub-olmadığını yoxlayıblar. Bağ adi olduğu halda, rüşvət müqabilində qurumuş budaqları gətirib yerə basdırmaq təklif olunub ki, güya bu intensiv bağdır və subsidiya ala bilsinlər. Bu kimi hallar statistik rəqəmləri şişirdir. Bəzi məmurlar öz sahələrini daha böyük göstərərək daha çox subsidiya alırlar. Nəticədə iqtisadi göstəricilər reallığı əks etdirmir”.

Kənd təsərrüfatı eksperti bu problemlərin aradan qaldırılması üçün ciddi kadr islahatlarının aparılmasının vacibliyinə də toxunub:

“Həm Kənd Təsərrüfatı Nazirliyində, həm Statistika Komitəsində, həm də yerli icra orqanlarında kadr islahatları aparılmalıdır. Əks halda, saxtakarlıq və rüşvət halları davam edəcək. Bu isə ölkə iqtisadiyyatına birbaşa mənfi təsir göstərir”.

Ekspertin sözlərinə görə, hazırda bəzi rayonlarda aparılan yoxlamalar nəticəsində istehsal və əkin sahələri ilə bağlı şişirtmələr də aşkarlanıb:

“Bəzi nöqsanlar üzə çıxacaq, amma ümumi vəziyyət yenə də real mənzərəni tam əks etdirməyəcək. Hazırda kənd təsərrüfatında vəziyyət çox acınacaqlıdır. Yalnız yoxlamalar yekunlaşdıqdan sonra yeni rəqəmlərin ortaya çıxması mümkündür”,- deyə V.Məhərrəmov fikrini tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:303
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Oktyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri