Icma.az
close
up
RU
Kənd və qəsəbə bələdiyyələri birləşdirilir Nələr dəyişəcək?

Kənd və qəsəbə bələdiyyələri birləşdirilir Nələr dəyişəcək?

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda bələdiyyələrin idarəetmə strukturlarında dəyişiklik aparılır. Mövcud islahatlar çərçivəsində bir neçə bələdiyyənin birləşdirilməsi və yeni vahid idarəetmə modelinə keçid nəzərdə tutulur. Bu yanaşma idarəetmədə səmərəliliyin artırılması, maliyyə və insan resurslarının optimallaşdırılması məqsədi daşıyır. Yeni mexanizm bələdiyyə strukturunun sadələşdirilməsini və rəqəmsal xidmətlərin tətbiqini də əhatə edir.

Mövzu ilə bağlı Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, birləşdirilən bələdiyyələrin hər birində ayrı-ayrı icra aparatlarının maliyyə şöbəsi, kargüzarlıq və digər struktur bölmələrin ləğv olunması nəzərdə tutulur. Onun sözlərinə görə, həmin bələdiyyələrin əvəzində vahid bələdiyyə üçün ümumi icra aparatı yaradılacaq:
“Yeni strukturda yalnız bir sədr, bir katib, bir mühasib və digər əsas vəzifələr nəzərdə tutulacaq. Əvvəllər, məsələn, 5 kəndin hər birində ayrıca bələdiyyə mövcud idisə, indi onlar vahid idarəetmə altında birləşdiriləcək”.

O həmçinin qeyd edib ki, bu proses çərçivəsində ştat cədvəllərində də ixtisarlar aparılacaq və struktur sadələşdiriləcək:

“Burada əsas məqsəd inzibati xərclərin azaldılması və resursların daha rasional şəkildə yönəldilməsidir. Edilən dəyişikliklər yalnız birləşən bələdiyyələrə şamil edilir və yeni struktur şəffaflıq, məsuliyyət bölgüsü, eləcə də maliyyələşmə mexanizmləri baxımından yeniliklər vəd edir”.

Sədr əlavə edib ki, yeni idarəetmə sistemində bələdiyyə üzvlərinin sayı da dəyişə bilər ki, bu da təmsilçiliyin daha balanslı şəkildə qorunmasını təmin etməyə xidmət edir. İdarəetmə mərkəzləşdirilmiş şəkildə, geniş əraziləri əhatə etməklə həyata keçiriləcək:

“İqtisadi və maliyyə idarəetməsi baxımından isə bələdiyyələrin büdcə resursları birləşdiriləcək, ümumi büdcə formalaşdırılacaq. Vergi və yerli rüsumlar mərkəzləşdiriləcək, vəsaitlərin xərclənməsi isə infrastruktur və sosial layihələrin maliyyələşdirilməsi istiqamətində prioritet əsasında həyata keçiriləcək”.

Birləşdirilən kənd və qəsəbələrin idarəetməsi də artıq həmin vahid bələdiyyələrin mərkəzində cəmləşəcək:

“Yeni idarəetmə modelində vətəndaşların ehtiyacının çevik şəkildə ödənilməsi məqsədilə qəbul günləri, səyyar iclaslar, ən əsası rəqəmsal xidmətlər və onlayn müraciət mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Əsas hədəf şəffaf, səmərəli və vətəndaşlara yaxın idarəetmə mexanizmi qurmaqdır. Qeyd etmək vacibdir ki, bu istiqamətdə elektron məlumat bazaları yaradılıb, açıq büdcə müzakirələri və ictimai dinləmələr də təşviq olunur. Nəticədə inzibati xərclər azalır, maliyyə imkanları birləşir və güclənir, idarəetmə isə şəffaf və effektiv çərçivə alır”. 
O həmçinin vurğulayıb ki, bələdiyyələr hüquqi çərçivədə fəaliyyət göstərir və bu islahatlar onların idarəetmə mexanizmini digər bələdiyyələrlə eyniləşdirir. H.Məmmədovun fikrincə, hər bir bələdiyyə müvafiq inzibati ərazinin təmsilçisidir və həmin ərazilərin xarakterinə uyğun olaraq müxtəlif abadlıq və quruculuq layihələri həyata keçirilir:

“İlkin mərhələdə bəzi çətinliklər olsa da, nəticə etibarilə idarəetmə mexanizmi sadələşir və vətəndaşlara xidmət daha səmərəli formada təqdim olunur. Bələdiyyələr 6 aydan bir seçiciləri qarşısında hesabat verir, ilin sonunda isə maliyyə hesabatları təqdim olunur. Bu hesabatlar həm lövhələrdə nümayiş etdirilir, həm də elektron platformalarda əlçatan olur. Vətəndaşlar öz şəxsi kabinetləri vasitəsilə həm suallarını ünvanlaya, həm də ödənişlərini həyata keçirə bilirlər”.

Aytac Bəhruzqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 İyul 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri