Icma.az
close
up
RU
İSTİNTAQ ORQANLARI BİRLƏŞDİRİLİR: NƏLƏR DƏYİŞƏCƏK? Reaksiyalar

İSTİNTAQ ORQANLARI BİRLƏŞDİRİLİR: NƏLƏR DƏYİŞƏCƏK? Reaksiyalar

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda aparılan struktur dəyişiklikləri çərçivəsində Fövqəladə Hallar Nazirliyi, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi nəzdində fəaliyyət göstərən istintaq idarələrinin birləşdiriləcəyi gözlənilir.

Bu məsələ zaman-zaman ekspertlər və partiya sədrləri tərəfindən gündəmə gətirilsə də, hökumətdən bu barədə nə müsbət, nə də mənfi reaksiya verilib. Amma görünür, hökumət indi addım atmaq qərarına gəlib.

Məlumatda qeyd olunur ki, əsasən büdcənin maliyyə siyasətini həyata keçirən qurumların istintaq strukturlarının birləşdirilərək, xarici təcrübədə olduğu kimi, vahid istintaq idarəsinin yaradılması nəzərdə tutulur. Yeni qurumun Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin nəzdində fəaliyyət göstərməsi planlaşdırılır.

Bu birləşmənin əsas məqsədi istintaq proseslərində paralelliyi və təkrarlanmanı aradan qaldırmaq, resurslardan daha səmərəli istifadəni təmin etməkdir. Yenilik eyni zamanda maliyyə və iqtisadi cinayətlərin araşdırılmasında vahid yanaşmanın tətbiqinə, operativliyin və koordinasiyanın gücləndirilməsinə xidmət edəcək. Birləşmiş istintaq qurumuna Baş Prokurorluq nəzarət edəcək. Hazırda yeni strukturun fəaliyyətə başlaması üçün hazırlıq işlərinin aparıldığı bildirilir.

Məlumat üçün qeyd edək ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi də yeni yaradılıb və ötən gün ona rəhbər təyin edilib.

Xatırladaq ki, ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev vaxtaşırı müsahibələrində və parlamentdəki çıxışlarında istintaq orqanlarının birləşdirilərək vahid istintaq qurumunun yaradılması barədə təkliflər səsləndirib.

O, “AzPolitika”ya açıqlamasında bildirib ki, bu sahədə ciddi islahatların aparılmasının zəruriliyi barədə uzun müddətdir ictimai çıxışlar edir. Partiya sədri qeyd edib ki, hazırda ölkədə eyni funksiyaları yerinə yetirən çoxsaylı istintaq strukturları fəaliyyət göstərir.

Deputatın sözlərinə görə, çoxsaylı dövlət orqanlarında istintaq idarələrinin olması korrupsiya risklərini artırır, operativliyi azaldır, istintaq zamanı məsuliyyətin azalmasına səbəb olur, nəzarətin təmin olunmasını çətinləşdirir, resurslardan səmərəli istifadəni məhdudlaşdırır, peşəkarlığa mənfi təsir göstərir, təkrarçılığa yol açır və koordinasiyanı zəiflədir. Buna görə müstəqil İstintaq Komitəsinin yaradılması məhkəmə-hüquq sistemində aparılmalı olan vacib islahatlardan biridir.

“Hazırda 8-dən çox dövlət orqanında istintaq idarəsi fəaliyyət göstərir. Bu, effektivliyi aşağı salır və istintaq prosesində sui-istifadəyə, prosessual hüquqların pozulmasına şərait yaradır. Hər bir orqanın öz daxilində istintaq aparması ədalətli və obyektiv qərarların qəbul olunmasını şübhə altına alır”, – deyə Q. Həsənquliyev bildirib.

Millət vəkili vurğulayıb ki, vahid istintaq qurumunun yaradılması ilə əsassız cinayət işlərinin başlanmasının qarşısı əhəmiyyətli dərəcədə alınacaq: “Bunun nəticəsi olaraq istintaqa prokurorluq tərəfindən nəzarət daha yüksək səviyyədə təmin olunacaq, istintaq hərəkətləri sürətlə aparılacaq, süründürməçiliyin qarşısı alınacaq, istintaq orqanına ictimai etimad artacaq. İstintaq Komitəsi heç bir başqa dövlət orqanının tərkibində olmamalıdır. Əks halda aparılan dəyişikliklərin effekti əhəmiyyətli olmayacaq.

Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilirsə, bu qərarı qəbul etmiş hakim istintaqın gedişinə nəzarət etməli, vəkillik institutunun rolu artırılmalıdır. Vəkillərin istintaq orqanlarının qanunsuz əməllərindən şikayətləri ciddi araşdırma predmeti olmalıdır. Bu barədə CPM-yə müvafiq dəyişikliklər edilməlidir. Məhkəmələrdə andlı iclasçılar institutu tətbiq olunmalıdır.”

Deputat təklif edib ki, yeni İstintaq Komitəsi peşəkar istintaqçılardan ibarət formalaşdırılmalı, onların işin nəticəsində maraqlı olmamaları üçün yalnız vəzifə maaşı verilməlidir. Qüdrət Həsənquliyev bildirib ki, belə bir Komitənin yaradılması hüquq sisteminin təkmilləşdirilməsi və ədalətin bərqərar olması üçün vacib vasitə olacaq.

Deputat həmçinin vurğulayıb ki, hüquq-mühafizə orqanlarının səmərəliliyi ölkədəki ictimai-siyasi sabitliklə birbaşa bağlıdır: “Sistem səmərəli olmadıqca, cinayətkarlığa qarşı effektiv mübarizə aparmaq çətinləşir, iqtisadiyyatın inkişafı üçün ciddi problemlər yaranır.”

ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli də “AzPolitika”ya bildirib ki, bu qurumların daxili istintaqının olması doğru deyil: “Niyə vergi ilə bağlı məsələdə vergi orqanı özü istintaq aparmalıdır? Bu, düzgün deyil. Həm də çox güman ki, büdcə xərcləri ilə bağlı optimallaşdırma aparılacaq. Yeganə məsələ ondan ibarətdir ki, həm parlamentin, həm də ictimaiyyətin ciddi nəzarət mexanizmləri yaradılmalıdır ki, bu qurum həddən artıq böyük səlahiyyətlərə malik olmasın. Əgər səlahiyyətləri çox olarsa, biznesə müdaxilə imkanları da genişlənə bilər. Buna nəzarət etmək üçün həm parlamentin, həm də ictimaiyyətin effektiv mexanizmləri formalaşdırılmalıdır. Bu halda qurumların birləşdirilməsi məntiqli olar.”

Hüquqşünas Əkrəm Həsənov da “AzPolitika”ya açıqlamasında bəzi dövlət orqanlarında istintaq idarələrinin ləğvini müsbət qiymətləndirib:“Çünki konseptual olaraq düzgün deyil. Hər orqanın öz istintaq idarəsi var və araşdırmanı da özü aparır. Məsələn, vergi orqanı vergini də özü hesablayır, istintaqı da özü aparır. Nəticədə istintaq ilkin mövqeyi təsdiqləyir. Bu isə ümumən düzgün yanaşma deyil.”

Hüquqşünas əlavə edib ki, prokurorluqda da istintaq idarəsinin olması məqsədəuyğun deyil.

“Ölkədə vahid istintaq qurumu olmalıdır, əks halda maraqların ziddiyyəti yaranır. Məsələn, prokurorluq istintaqı aparır, sonra məhkəmədə ittihamedici tərəf kimi çıxış edir. Təbii ki, bu halda öz qurumunun apardığı istintaqı müdafiə edəcək”, – deyə Ə. Həsənov qeyd edib.

Rasim Əliyev
“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Aprel 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri