Kənddə yaşayanlar kənd təsərrüfatından nə qədər qazanır? Siyahı
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Qazax-Tovuz iqtisadi rayonunda yaşayan sakinlərin aylıq gəlirlərində kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin payı digər iqtisadi rayonlarla müqayisədə daha çoxdur.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Qazax-Tovuz iqtisadi rayonunda adambaşına düşən aylıq gəlirin 74,4 manatı kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin payına düşüb.
Bu iqtisadi rayonda adambaşına düşən orta aylıq gəlir 384,4 manat olub. Kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin ümumi gəlirdəki payı isə 19,4% təşkil edib.
Aylıq gəlirlərdə kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin payının çox olduğu ikinci iqtisadi rayon Mərkəzi Aran olub. Bu iqtisadi rayonda adambaşına düşən aylıq gəlirin 16,8%-i və ya 68,8 manatı kənd təsərrüfatı məhsullarının istehsalından formalaşıb. Mil-Muğan iqtisadi rayonunda bu göstərici 17% (63,8 manat), Qarabağ iqtisadi rayonunda isə 15% (60,3 manat) olub.
Aylıq gəlirdə kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin payının ən az olduğu iqtisadi rayon isə Bakı şəhəri olub. Burada adambaşına düşən aylıq gəlirin cəmi 0,02%-i və ya 0,1 manatı kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin payına düşüb.
İqtisadi rayonlarda adambaşına düşən orta aylıq gəlir və bu gəlirdə kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin payı belə olub:

Elnur Əli
Bu mövzuda digər xəbərlər:Kənddə yaşayanların gəlirlərinin ancaq 1/5 i kənd təsərrüfatından əldə olunur
09 İyun 2026 15:44
Azərbaycanlılar 1 saata nə qədər qazanır? Maraqlı siyahı yayıldı
27 Fevral 2026 07:29
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? Siyahı
15 Yanvar 2025 16:29
Şəhərdə kənd təbiəti, kənddə şəhər abadlığı
15 Aprel 2026 11:09
Kənddə nəyimiz qaldı?
23 Sentyabr 2025 16:06
Baxış sayı:106
Bu xəbər 06 Sentyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















