Icma.az
close
up
RU
Kənddə nəyimiz qaldı?

Kənddə nəyimiz qaldı?

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lalə Mehralı

Urbanizasiya bizi kəndlərdən şəhərə qovdu, sağlamlığımızı, sakitliyimizi, dincliyimizi əlimizdən alaraq. İnkişaf bizi xəstələndirdi, psixologiyamızı pozdu, stressə saldı. Böyük şəhərlərə hərəmiz bir səbəbdən gəldik, çoxumuz iş dalınca, bəzimiz oxumağa, bəzimiz daha maraqlı və əyləncəli həyat axtarışında olduğumuz üçün.

Kəndlərdə özümüzü qoyub çıxdıq biz. Təmiz havanı, təmiz qidanı, təmiz həyatı qoyduq çıxdıq. Qohum və qonşularla ünsiyyət bolluğunu, sosiallaşmanı, təhlükəsiz həyat tərzini, sakit mühiti üstümüzdən soyunub gəldik. Məcbur olduq çoxumuz, iş tapmadıq, pul qazana bilmədik, ailəmizi saxlamaq iqtidarında olmadıq.

Doluşduğumuz şəhərin çirki havasına, səs-küyünə, tıxacına dözməli olduq. Stressə, narahatlığa, yorğunluğa tab gətirməli olduq. GMO yedik, metro bashabasına, avtobus zülmünə məruz qaldıq, zəhər udduq, xlor içdik. Qoyub gəldiyimiz torpağımızın yaşıl örtüyündən, təmiz havasından, saf suyundan ötrü burnumuzun ucu göynədi. Geri qayıtmaq istədik, qabağımızı uşaqlarımız kəsdi, təhsilləri, gələcəkləri, rayondakı işsizlik mane oldu.

“Get torpağını ək-biç” deyib şəhərdə özünə güzaran qurmağa çalışan kəndlini qınayanlar oldu, kəndlinin əkdiyinin mayasını çıxara bilmədini haradan anlasınlar ki? Onlar nə bilsin varını-yoxunu torpağa basdırıb ümidlə cücərməyini gözləyən, məhsulunu dolu döyən, yağış yuyan, qurd aparan kəndlinin əlacsızlığını? Onlar nə bilsin ümidin doğulmadan öldüyünü?

Rayonlardakı, kəndlərdəki gənclərin məşğullu yoxdur, işi yoxdur, gəliri yoxdur. Evlənə bilmirlər buna görə, yaşları keçir. Paytaxta gələ bilən gəlir, zirzəmilərdə, şəraitsiz kirayələrdə tab gətirən gətirir, müqabilində az-çox qazanır, ailəsinə göndərir. Amma kənddəki şəraitli evindən, təmiz havadan, saf sudan sonra neft qoxuyan zirzəmidə tab gətirmək də asan olmur.

Bizi şəhərə, bu tıxaca, stressə möhtac edən işsizlik sağlamlığımızı aldı əlimizdən. Bakı aqressiv, əsəbi, stressli insanların bir yerə toplaşdığı şəhər olub çoxdan. Kimsə kimsəyə güzəşt etmir, kimsə empatiya qurmur. Stress bizi robotlaşdırıb. Bizi evlərimizdəki torba-torba dərmanlar, çantalarımızdakı ürək, təzyiq, şəkər həbləri idarə edir daha. Biz bir olmaqdan çoxdan uzaqlaşmışıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri