Icma.az
close
up
RU
Kəndlər qaytarılır, yoxsa ərazilər dəyişdirilir?

Kəndlər qaytarılır, yoxsa ərazilər dəyişdirilir?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan Konstitusiyasında dəyişiklikdən sonra anklavlar məsələsi gündəmə gətiriləcək. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” nəşri belə yazıb. 

Qeyd edilir ki, Azərbaycan Prezidenti əvvəlcə Qarabağ məsələsinin maneəsiz və  tamamilə bağlanmasını, konstitusiyanın preambulasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını, bundan sonra isə Ermənistanın sərhədləri məsələsinə keçmək istəyir.

“Halbuki Kərkinin təhvil verilməsi taleyüklü əhəmiyyət daşıyır. Məsələ burasındadır ki, Kərkinin itirilməsi bizim üçün strateji nəticələrə səbəb olacaq: Vayots Dzor (Keşişkənd) və Zəngəzur  Ermənistanın şimal hissəsindən ayrı düşəcək.

Yeri gəlmişkən, “Vətəndaş Müqaviləsi” partiyası daxilindəki bəzi dairələr hələ də “Artsvaşen” (Başkənd) və Kərkinin dəyişdirilməsi mövqeyind qalırlar.

Lakin Paşinyan qəti şəkildə bu varianta qarşı çıxır və guya referendum olmadan Ermənistanın “suveren” ərazisi olan Başkənddən imtina edə bilməyəcəyinə istinad edir”.

Qeyd edək ki, “Hraparak” nəşrinin guya rəsmi mənbələrə əsasən yaydığı məlumatda feyk frazalar üstünlük təşkil edir və daha çox radikal siyasi qüvvələrin mövqeyini əks etdirir. 

İlk növbədə, Ermənistan Konstitusiyasına dəyişikliklər məsələsini işğal altındakı anklav kəndlərin Azərbaycana qaytarılması ilə  eyniləşdirmək olmaz.

Belə ki, Ermənistan Konstitusiyasının preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad edilir. Müstəqillik Bəyannaməsinin qəbul olunmasında isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsinə dair Ermənistan SSR Ali Sovetinin və DQMV Milli Şurasının 1989-cu il 1 dekabr tarixli qanunsuz qərarı əsas götürülüb. 

1995-ci ildə Ermənistan Konstitusiyası qəbul olunan zaman müxalifətin təzyiqi ilə həmin qərar ali qanunun preambulasına daxil edilib. Yəni Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları davam edir. 

Bu da öz növbəsində, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması deməkdir. Ona görə də Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanması üçün Ermənistandan Konstitusiyaya dəyişiklik edilməsini tələb edir. Əks təqdirdə, sülh prosesi pozula bilər. 

Dörd anklav kəndə gəlincə, bu yaşayış məntəqələri 1990-1992-ci illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ona görə də Ermənistan Konstitusiyasına dəyişiklik edilib-edilməməsindən asılı olmayaraq, həmin kəndlər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır.

Çünki Ermənistan 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla paraflanmış sülh sazişində qarşı tərəfin ərazi bütövlüyünü pozan hərəkətlərə yol verməyəcəyinə və ərazi iddiaları irəli sürməyəcəyinə dair öhdəlik götürüb. Əks təqdiqdə, Azərbaycanın həmin kəndləri güc yolu ilə işğaldan azad etmək hüququ var. 

Lakin Ermənistanda revanşist dairələr Sədərək rayonunun Kərki kəndinin ilhaqına nail olmaq üçün uydurma arqumentlər səsləndirir.

Kərkinin yaxınlığından keçən və Ermənistanın şimalını İrəvandan keçməklə İran sərhədi ilə birləşdirən magistral yolun guya Azərbaycan tərəfindən bağlanacağına dair qondarma bəyanatlar verilir.

Halbuki Azərbaycan Zəngəzurdan keçən bütün nəqliyyat-kommunikasiya marşrutlarının açılmasında israr edir, TRIPP layihəsinə dəstək verir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacağı təqdirdə, bölgədən keçən bütün nəqliyyat-tranzit yolları açılacaq. 

Ona görə də Ermənistanın şimalı ilə cənubunu birləşdirən magistral yolun bloklanacağı barədə iddialar sadəcə Kərki kəndinin Azərbaycana qaytarılmasına mane olmaq üçün ortaya atılıb. 

Gədəbəy rayonunun Başkənd kəndi isə Azərbaycanın tarixi torpağıdır və bolşeviklər tərəfindən Sovet dövründə qanunsuz olaraq Ermənistana verilib.

Birinci Qarabağ müharibəsində Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlamaqla və Başkəndi əhatə edən inzibati sərhədləri tanımaqdan imtina etməklə 1991-ci il Almatı Bəyannaməsini pozub.

Ermənistan Qarabağda olduğu kimi, Başkənddə də separatizmə və terrorçuluğa dəstək verib. Ona görə də Ermənistanın yenidən Başkəndə iddia etmək və Azərbaycana məxsus olan ərazinin inzibati statusu ilə referendum keçirmək hüququ yoxdur. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Ermənistan Konstitusiyası Qarabağ

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Avqust 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri