Icma.az
close
up
RU
Sərhəddə kəndlər boşaldılır: Bu ərazilər Azərbaycana QAYTARILIR

Sərhəddə kəndlər boşaldılır: Bu ərazilər Azərbaycana QAYTARILIR

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Ermənistan 1990-92-ci illərdə qanunsuz olaraq Ermənistanın Tavuş rayonunun ərazisinə daxil etdikləri Azərbaycan kəndlərinin təhvil verilməsi gündəmdədir. Ermənistanın baş naziri Nikol Paşinyan ötən il  Tavuş bölgəsində yerli sakinlərlə görüşərkən Azərbaycanın tələb etdiyi 4 kəndin qısa zamanda geri qaytarılması zərurətindən danışmışdı. 

Bir neçə gün öncə isə Tavuşun Açarxut kənd icmasının keçmiş üzvü Karen Qazaryan bildirib ki, Tavuş bölgəsində sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı hazırlıqlar uzun müddətdir ki, davam edir. Onun sözlərinə görə, hazırda Ermənistan ordusu əvvəlki mövqelərində qalır. Lakin Əskipara-Bağanis yolu boyunca tikanlı məftillər quraşdırılır. Bu isə o deməkdir ki, Ermənistan ordusu mövcud mövqelərindən 500-600 metr geri çəkilməlidir. 

Maraqlıdır, ermənilərin 1990-92-ci illərdə qanunsuz olaraq Ermənistanın Tavuş rayonunun ərazisinə daxil etdikləri Azərbaycan kəndləri nə vaxt təhvil verilə bilər?

Məsələ ilə bağlı danışan politoloq Oqtay Qasımov News24.az-a bildirib ki, hələ 1992-ci ilə qədər Qazax rayonunun 7 kəndi və Naxçıvanın bir kəndi Ermənistan tərəfindən işğal olunub:

"Keçən ilin mart ayında bu məsələ yenidən gündəmə gəlmişdi. O zaman Şahin Mustafayevin ofisindən yayılan rəsmi məlumatda açıq şəkildə bildirildi ki, anklavı olmayan 4 kənd dərhal qaytarılmalıdır. Anklavda yerləşən digər kəndlər isə delimitasiya və demarkasiya prosesinin gedişində Azərbaycana qaytarılmalı idi".

Onun sözlərinə görə, Azərbaycan artıq 4 kəndini geri alıb. Bunlar həm tarixi, həm də hüquqi baxımdan Azərbaycan əraziləridir və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən işğal olunub:

"Hazırda işğalda qalan kəndlərin isə Ermənistana heç bir aidiyyəti yoxdur və onların Azərbaycana qaytarılması şərtdir. Qazaxın üç kəndi – Yuxarı Əskipara, Bağanıs Ayrım və digər kəndlər hələ də işğal altındadır. Mən düşünmürəm ki, bu kəndlər silah gücü ilə geri qaytarılsın. Lakin Ermənistan prosesi davam etdirməkdən imtina etsə, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq güc tətbiq etməklə bu kəndləri azad edə bilər və bu, bizim haqqımızdır".

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Aprel 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri