Kəndlidən ucuz çıxan məhsul Bakıda niyə bahalaşır? Əsl səbəblər
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Niyə rayonlarda kəndli-fermer məhsulunu ucuz satdığından narazıdır, Bakıda isə alıcı eyni məhsulu bir neçə dəfə baha almağa məcbur qalır?
Əslində bu sual paradoksal görünsə də, cavabı o qədər də mürəkkəb deyil. Cavab məhsulun istehsalçıdan bazara, bazardan isə istehlakçıya qədər keçdiyi aqrar tədarük və satış modelindədir".
Bakupost.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, bu modeldə xırda problemlərlə yanaşı, bazara birbaşa təsir edən bir neçə əsas amil də var:
"Bunlardan birincisi, topdansatış və paylama kanallarında rəqabətin məhdudluğudur. Belə ki, alternativ satış və paylama platformaları kifayət qədər formalaşmadıqda bazar gücü müəyyən kanallarda cəmlənir.
İkinci problem, tarladan bazara qədər logistika və əməliyyat xərclərinin yüksəkliyidir. Belə ki, daşınma, saxlanma, sənədləşmə və digər əməliyyat mərhələləri məhsulun son qiymətinə əlavə xərc yaradır.
Üçüncüsü, istehsalçının bazarda qiymət formalaşdırmaq və son istehlakçıya birbaşa çıxış imkanlarının zəifliyidir. Belə olduqda məhsulun yaratdığı əsas dəyərin əhəmiyyətli hissəsi istehsalçıda deyil, aralıq ticarət mərhələlərində formalaşır.
Əlqərəz, problem əsasən məhsulun tarladan piştaxtaya qədər keçdiyi yolda yaranır".
Yasəmən, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 04 May 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















