Icma.az
close
up
RU
Kəndlilər heyvandarlıqdan niyə imtina edir? (ŞƏRH)

Kəndlilər heyvandarlıqdan niyə imtina edir? (ŞƏRH)

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"Bütün kəndlərdə saxlanılan heyvanların sayı azalıb. Aparılan araşdırmalar göstərir ki, əksər kəndlərdə heyvandarlıqla məşğul olanlar onları məcburi kəsimə verir. Yəni, heyvanlarını kəsib, ətini ucuz qiymətə satıb, şəhərə üz tutublar".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov kəndlərdə saxlanılan heyvanların sayının günü-gündən azalması ilə bağlı məlumatları şərh edərkən deyib. 

O, bunun səbəbini örüş sahələrinin satılması ilə izah edib:

"Bəlli səbəblərdən örüş sahələri yoxa çıxıb. Vəziyyət getdikcə daha da pisləşəcək. Digər tərəfdən ot, qüvvəli yem istehsal olunmur. Ot istehsalı təlabatdan 2,5 dəfə azdır. Qüvvəli yem istehsalı təlabatdan 15 dəfə azdır. Senaj bir kiloqram da istehsal olunmur. Bundan əlavə şirəli yem istehsalı, silos da yoxdur. Belə olan halda heyvandarlıqla məşğul olmaq qeyri-mümkündür, bunlarla rastlaşan kəndlilər heyvanları saxlaya bilmirlər, kəsimə verirlər".


Vahid Məhərrəmov əvvəllər çox kəndlərdə həm xırda, həm də iribuynuzlu heyvanların saxlanılmasını xatırladıb:

"İndi həmin kənddə bir dənə də olsun heyvan, qoyun-quzu tapmaq olmur. Süd istehsalı ilə məşğul olan ailələr çox az saydadır. Əsasən xaricdən quru süd gətirilir, Azərbaycanda isə ona su qatılır və yerli istehsal adı altında bazarlarda satılır. Kənd bazarlarında quru süddən alınmış süd satılır. Ona görə südün qiyməti bahadır. Bu gün marketlərdə südün qiyməti 2,60-2,80 manat arasında dəyişir. Həmin südü alıb bişirəndə görəcəyik ki, süd əvvəlki kimi qaynayanda qalxmır, su kimi qaynayır".

Ekspert hesab edir ki, bu gün zavodda istehsal olunan süd belə standartlara cavab vermir:

"Bu da onunla bağlıdır ki istehsal yoxdur, heyvanların baş sayı kəskin şəkildə azalıb. Son 6 ildə 1 milyion 800 min baş xırda buynuzlu, 300 min baş da iri buynuzlu heyvanların sayı azalıb. Hələ bu dövlət statistikasının verdiyi məlumatdır. Reallıqda bu gün heyvanların baş sayının dəqiqləşdirilməsi aparılsa görəcəyik ki, 5 milyon xırda buynuzlu, 2 milyona yaxın da iri buynuzlu heyvan var".

Bahar Rüstəmli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Fevral 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri