Icma.az
close
up
RU
Azərbaycanın yeni büdcə siyasətinin hədəfləri

Azərbaycanın yeni büdcə siyasətinin hədəfləri

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

3 strateji məqsəd və milli inkişafın yol xəritəsi

Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi ilə bağlı qanun layihələrinin ikinci oxunuşda müzakirəsi Azərbaycanın yaxın 3 ildə hansı iqtisadi hədəflər seçdiyini bir daha göstərdi. Dövlətin iqtisadi siyasətinin mahiyyəti, prioritetlərin yönü, büdcə parametrlərinin strateji məqsədlərə necə bağlanması parlament müzakirələrinin ana xəttini təşkil etdi.

Bu iclas, əslində, Azərbaycanın iqtisadi idarəetməsinin hansı strateji hədəf ətrafında formalaşdığını bir daha təsdiqlədi. Neftdən asılılığın davamlı şəkildə azaldılması və qeyri-neft sektorunun yüksəldilməsi, sosial dövlət modelinin gücləndirilməsi və əhalinin rifahının dayanıqlı artırılması, investisiyayönlü büdcə xətti və “Böyük Qayıdış”ın iqtisadi maraq çərçivəsində dirçəlməsi və azad olunmuş ərazilərin inkişafı

Maliyyə naziri Sahil Babayevin çıxışında ən çox vurğulanan tezislərdən biri dövlət büdcəsinin neft amilindən tədricən uzaqlaşdırılması idi. Dünya enerji bazarlarında dəyişkənlik artır, karbon dövrü daralır, enerji keçidi sürətlənir. Belə şəraitdə Azərbaycanın uzunmüddətli iqtisadi suverenliyi qeyri-neft sektorundan gələn gəlirlərin gücləndirilməsindən keçir. Bu məqsədlə həyata keçirilən addımlar iclasda geniş müzakirə olundu. Dövlət Neft Fondundan transferlərin yenidən azaldılması – bu, büdcənin cari xərclərinin qeyri-neft gəlirləri hesabına ödənməsinə yönəlib. Vergi yükünün optimallaşdırılması – qeyri-neft biznesinin genişlənməsini təşviq edən ən mühüm mexanizm. İqtisadi diversifikasiya proqramları – sənaye, logistika, aqrar sektor, rəqəmsal iqtisadiyyat üzrə prioritet yenilənmələri əks etdirir.

Deputatların çıxışlarında səslənən təkliflər də təsdiqləyir ki, qeyri-neft sektorunun genişlənməsi artıq iqtisadi siyasətlə yanaşı, milli strategiyanın ana sütununa çevrilib. Məlumdur ki, sosial dövlət modelinin gücləndirilməsi rifahın institusional təmini deməkdir.

Digər tərəfdən, iclasın davamında sosial müdafiə sahəsi ən çox müzakirə olunan məsələlərdən biri oldu. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin təqdim etdiyi rəqəmlər göstərdi ki, sosial dövlət konsepsiyası artıq yalnız şüar deyil, real büdcə siyasətidir. 2026-cı ilin büdcəsi sosialyönümlülük baxımından əvvəlki illəri geridə qoyur. 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi, üstəlik, 2025-ci ildən başlayan 5-ci sosial islahat mərhələsi buna əyani misaldır. Bununla yanaşı, minimum əməkhaqqı, minimum pensiya, sosial müavinətlər və tələbə təqaüdlərində artımlar, ünvanlı yardımın və ehtiyac meyarının artırılması bütövlükdə sosial təminat xərclərinin genişlənməsinə xidmət etməlidir.

Bu çərçivədə də müsbət addımlar var: Yaşayış minimumunun 2026-cı il üçün 300 manata yüksəldilməsi, ehtiyac meyarının 5,3 faiz artırılması sosial siyasətin proaktiv şəkildə qurulduğunu göstərir. Bu addımların fonunda iki iqtisadi prinsip xüsusi önəm kəsb edir. Məlumdur ki, Sosial müdafiə iqtisadi investisiyadır, rifah artdıqca, istehlak genişlənir, bazar güclənir və inklüziv iqtisadiyyat olmadan davamlı inkişaf mümkün deyil, məhz buna görə sosial siyasət genişlənmiş büdcənin mərkəzində yerləşir.

Parlament müzakirələrinin ən strateji mövzularından biri də investisiya xərclərinin qorunması və azad edilmiş ərazilərin bərpasının gələn ilin büdcəsində prioritet saxlanılması oldu. “Böyük Qayıdış” proqramı 2026-cı ilin büdcə xəttində əsas investisiya istiqamətlərindən biri olaraq qalması buna əyani sübutdur. Dövlət investisiya proqramı genişlənir və bu investisiyalar yeni iqtisadi coğrafiya yaradır. Zəngilan, Füzuli, Ağdam, Cəbrayıl və digər bölgələr üzrə infrastruktur xərcləri gələcək iqtisadi dövriyyənin təməllərini formalaşdırır.

Qeyd edək ki, bu hədəflər yalnız bir ilin deyil, Azərbaycanın qarşıdakı onillik üçün iqtisadi yol xəritəsini formalaşdırır. Parlamentdə aparılan geniş diskussiya və hökumət üzvlərinin verdiyi mesajlar göstərir ki, ölkə qarşıdakı dövrü iqtisadi cəhətdən daha dayanıqlı, sosialyönlü və strateji hədəflərə bağlı şəkildə qarşılayır.

Eldəniz ƏMİROV,
iqtisadçı-ekspert

Sabit makroiqtisadi mühit və sosial-iqtisadi artım dedikdə olduqca sıx birləşdirici amillər nəzərdə tutulur. Sadəcə, strateji ehtiyatların təmin olunmasına ciddi diqqət ayrılmalıdır. O ki qaldı, dövlət büdcəsinin tənzimlənməsi məsələsinə, əsas məsələ layihənin necə göründüyü yox, onun daxilində nəzərdə tutulan müddəaların və proqnozlaşdırılan göstəricilərin 2026-cı ilin 31 dekabr tarixinədək - yəni ilin sonunadək - tam və effektiv şəkildə icra olunmasıdır. Bu səbəbdən büdcə qanunu elə hazırlanmalıdır ki, 2026-cı ildə layihənin icrası həm mümkün, həm də səmərəli olsun və ölkənin strateji hədəfləri ilə uyğunsuzluq yaratmasın.

Başqa sözlə, büdcənin məzmunu real, icraolunan və milli inkişaf hədəflərinə müvafiq şəkildə formalaşdırılmalıdır. Bir məqamda var ki, 2026-cı ilin dövlət büdcəsinin xərcləri və gəlirləri 2025-ci illə müqayisədə ciddi şəkildə arta bilmədi. Son illərin ən aşağı artım göstəricisi müşahidə olundu — təxminən 0,7 faiz. Dövlət büdcəsinin xərclərində heç vaxt bu qədər aşağı artım qeydə alınmamışdı və bu, ən çox diqqətçəkən məqamlardan biridir.

Bəs bu vəziyyət nədən qaynaqlandı? Əsas sual budur və məncə, bunun arxasında birbaşa olaraq neft faktoru dayanır. Neft hasilatının azalması və neft qiymətlərinin aşağı düşməsi nəticə etibarilə büdcə gəlirlərinə təzyiq göstərdi və xərclərin kəskin artmasına imkan vermədi. Rəqəmlər və proqnozlar üzərində böyük göstəricilər yazmaq mümkündür, amma sonda əsas məsələ onların icra edilə bilməsidir. Buna görə də düşünürəm ki, təqdim olunan dövlət büdcəsi layihəsi ölkədə mövcud makroiqtisadi şəraitə uyğun şəkildə formalaşdırılıb.

Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert

Ölkədə 2026-cı il dövlət büdcəsi ətrafında Milli Məclisdə aparılan müzakirələr onu deməyə əsas verir ki, qarşıdakı illərdə Azərbaycanın iqtisadi siyasəti daha çox balanslaşdırılmış inkişaf modelinə əsaslanacaq. Belə ki, nazir Sahil Babayevin vurğuladığı üç strateji hədəf müəyyən mənada, bir-biri ilə rəqabət aparan istiqamətlərdir.

Məsələn, sürətli iqtisadi artım adətən daha geniş fiskal xərclər və yüksək investisiya proqramları tələb edir. Makroiqtisadi sabitlik isə əksinə – büdcə nizam-intizamı, inflyasiyanın cilovlanması və borc yükünün azaldılması kimi daha konservativ siyasət yanaşmasını şərtləndirir. Digər tərəfdən, strateji ehtiyatların artırılması həm fiskal, həm də monetar məhdudiyyətlər yaradır. Buna görə də bir neçə mühüm faktoru qeyd etmək zəruridir.

İlk növbədə, büdcə qaydalarına daha yaxın parametrlərin təmin edilməsi orta müddətli dövrdə neft qiymətlərinin fonunda büdcə dayanıqlılığının qorunması üçün vacibdir. Bu isə xərclərin çevik şəkildə uyğunlaşdırılması, sosial və investisiyayönümlü xərclər arasında tarazlığın qorunması deməkdir. 2026-cı ilin büdcəsində sosialyönümlü xərclərin yenə prioritet olması müşahidə edilir.

Lakin bununla paralel şəkildə, iqtisadi artımı dəstəkləyən infrastruktur və biznes mühitinin yaxşılaşdırılması layihələrinə də investisiyaların yönəldilməsi vacibdir. Bir mühüm parametr isə inflyasiyanın idarə edilməsidir. Bu baxımdan 2026-cı ildə dövriyyədə olan pul kütləsinin müəyyən qədər məhdudlaşdırılması, monetar alətlərin daha səmərəli tətbiqi və idxaldan asılılığın azaldılması istiqamətində işlərin gücləndirilməsi zəruridir.

İkinci əsas yön, sözsüz ki, sürətli iqtisadi artımın təmin edilməsi və iqtisadi sektorların genişləndirilməsidir. Burada xüsusilə infrastruktur layihələrinin icrası, nəqliyyat-tranzit sektorunun rolunun artırılması, özəl investisiyaların cəlbi və əlbəttə ki, qeyri-neft ixracının genişləndirilməsi böyük əhəmiyyət daşıyır.

Üçüncü strateji hədəf isə postneft dövrü üçün zəruri olan iqtisadi dayanıqlılığın təmin edilməsidir. Bu kontekstdə Dövlət Neft Fondundan büdcəyə transfertlərin tədricən azaldılması, valyuta ehtiyatlarının artırılması, manatın dayanıqlılığının qorunması və suveren fondların fəaliyyətinin genişləndirilməsi əsas prioritetlər kimi çıxış edir.

Perspektivdə Azərbaycanın bu üç hədəfə necə nail ola biləcəyinə gəldikdə isə, ilk növbədə, qeyri-neft sənayesinin inkişafı, emal sektorunun gücləndirilməsi, logistika sahəsinin genişləndirilməsi və “yaşıl enerji”nin payının artırılması vacib istiqamətlərdir. Rəqəmsal iqtisadiyyatın inkişafı yeni dəyər zəncirlərinin formalaşmasına geniş imkanlar açmalıdır. Bu istiqamətlər üzrə Dövlət proqramları və investisiyaların artırılması diqqət mərkəzində saxlanmalıdır.

Nurlan ABDALOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Dekabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri