“Kəngərli” firmasına məxsus bazarda yoxlama keçirildi FOTOLAR
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisi, M.Şərifli küçəsində fəaliyyət göstərən “Kəngərli” firmasına məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
"Unikal" xəbər verir ki, yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Bazar daxilində müvafiq təmizlik işləri aparılmır, antisanitar vəziyyət mövcuddur, satışa çıxarılan balıqların bir qismi soyuducuda saxlanılmır.
Bazarda fəaliyyət göstərən unlu qənnadı məmulatlarının emalı obyektinin isə qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Obyektdə dondurucularda baytarlıq ekspertiza sənədləri olmayan ümumi çəkisi 30 kq hind quşu və hissələri aşkarlanıb.
Faktla bağlı sahibkarlıq subyekti barəsində inzibati protokol tərtib olunub, unlu qənnadı məmulatların emalı sahəsində nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb, baytarlıq ekspertiza sənədləri olmayan məhsullar dövriyyədən çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 16 Fevral 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















