Kəngərliyə qayıdan keçmiş məcburi köçkün: Sevincli və qürurlu anlar yaşayıram
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İllər sonra doğma kəndimizə qayıdırıq, sevincli və qürurlu anlar yaşayıram. Balamı da götürüb gedirəm".
Bu fikirləri Oxu.Az-a açıqlamasında bu gün Ağdam rayonunun Kəngərli kəndinə köç edən keçmiş məcburi köçkün Səkinə Vəliş qızı Hacıyeva deyib.
O qeyd edib ki, gənc yaşlarında çıxdığı Ağdama 64 yaşında qayıdır:
"Əməyi keçən hər kəsə təşəkkür edirəm. Adam inana bilmir ki, bu gün öz torpağımıza qayıdırıq".
Qeyd edək ki, bu gün Kəngərli kəndinə daha 50 ailə - 207 nəfər köçürülür.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 20 May 2025 06:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















