Keçmiş məcburi köçkün: Cəbrayıla çox sevincli və qürurlu şəkildə qayıdırıq AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 25 dekabr, AZƏRTAC
“Bu gün Cəbrayıl şəhərinə geri qayıdırıq, 31 illik ayrılıq sona çatır. Hisslərimizi sözlə ifadə etmək çətindir. Çox sevincli və qürurlu şəkildə qayıdırıq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl şəhərinə geri qayıdan keçmiş məcburi köçkün İsmayıl Mahmudov söyləyib.
O deyib: “Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə cansağlığı arzulayıram. Biz onların sayəsində bu gün doğulduğumuz yerlərə, evimizə- obamıza qayıdırıq. Allah bütün məcburi köçkünlərə geri qayıtmağı nəsib eləsin”.
Çox çətin günlər yaşadığını deyən keçmiş məcburi köçkün, həmçinin əlavə edib ki, 40 yaşında çıxdığı Cəbrayıla 70 yaşında geri dönür.

Keçmiş məcburi köçkün: Böyük sevinc və qürur hissi ilə Cəbrayıla qayıdırıq AZƏRTAC
18 Yanvar 2025 07:22
237 keçmiş məcburi köçkün ailəsi Cəbrayıla KÖÇÜRÜLÜB
02 Dekabr 2024 19:35
Keçmiş məcburi köçkün: Cəbrayıla qayıtmaq bu gün qismət oldu
25 Dekabr 2024 07:55
Keçmiş məcburi köçkün: Valideynlərimlə çıxdığım Cəbrayıla indi övladlarımla qayıdıram
02 Dekabr 2024 06:24
Keçmiş məcburi köçkün: Doğma torpaqlara böyük qürur və sevinclə qayıdırıq AZƏRTAC
15 Yanvar 2025 16:58

