Icma.az
close
up
RU
Kennedi qətli: Həqiqət Nəhayət Üzə Çıxır? Emin Əfəndi

Kennedi qətli: Həqiqət Nəhayət Üzə Çıxır? Emin Əfəndi

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Kennedi qətli ilə bağlı marağım çox erkən yaşda başladı. 6-cı sinifdə oxuduğum Norman Lyuisin “Siciliya mütəxəssisi” kitabı həyatımda ilk ciddi ədəbiyyat təcrübələrindən biri idi. Bu kitab mənə o qədər maraqlı gəldi ki, uzun müddət təsirindən çıxa bilmədim. Oradakı sui-qəsd nəzəriyyəsi və ABŞ hökumətindəki sirli hadisələr məni mövzunun dərinliklərinə çəkdi. Kitabın sonunda təsvir olunan təyyarənin boz dənizə qərq olması isə məndə ilk dəfə belə bir fikir oyatdı: dünyada elə sirlər var ki, heç vaxt açıla bilməz.

Kennedi-nin 1963-cü ildə baş verən sirli ölümü də məhz belə bir hadisədir. Rəsmi versiyadan çox, gizli detalları və qaranlıq məqamları ilə yadda qalan bu qətl, illərdir həm ABŞ-də, həm də bütün dünyada geniş müzakirələrə səbəb olur. Çox sayda kitab, məqalə və filmlər bu mövzuya həsr edilib, lakin suallar hələ də cavabsızdır.

Bu ölüm ətrafında CIA-in, mafiyanın, SSRİ-nin və ya Kubanın roluna dair müxtəlif nəzəriyyələr ortaya atılıb. Bəziləri bunu Kennedinin həyat yoldaşı Jaklin Kennedi və ya həmin dövrdə böyük şöhrət qazanan Merlin Monronun müəmmalı ölümü ilə əlaqələndirir. Həmçinin, “Kennedi lənəti” anlayışı da mövzuya əlavə bir müəmma qatır.

Dünən isə Donald Trampın JFK qətli ilə bağlı məxfi sənədlərin tam şəkildə dərc olunması ilə bağlı fərmanı böyük rezonansa səbəb oldu. Tramp bildirib ki, amerikalılar həqiqəti bilməyə layiqdir. Bu qərar tarixin ən qaranlıq səhifələrindən birinə işıq sala bilər, lakin əsas sual budur: Sənədlərin hamısı açıqlanacaqmı?

Əgər bu sənədlər tam şəffaf şəkildə yayımlansa, bir neçə vacib nəticə ortaya çıxa bilər. İlk növbədə, illərlə mövcud olan sui-qəsd nəzəriyyələri təsdiq və ya təkzib oluna bilər.

Bu, təkcə ABŞ-ın siyasi tarixinə deyil, həm də beynəlxalq münasibətlərə yeni baxış gətirə bilər. Digər tərəfdən, açıqlanan sənədlər ABŞ hökumətinin daxili proseslərini və həmin dövrdə siyasi balansı açıq şəkildə ortaya qoya bilər.

Bununla yanaşı, bu məlumatlar hökumətə olan etibarı həm artıra, həm də sarsıda bilər. Əgər rəsmi versiyanın yanlış olduğu ortaya çıxsa, cəmiyyətin hökumətə inamı ciddi zərbə ala bilər. Üstəlik, bu sənədlər digər mühüm tarixi hadisələrin– Robert Kennedi və Martin Luter Kinq-in qətli ilə bağlı yeni araşdırmalara təkan verə bilər.

Norman Lyuisin “Siciliya mütəxəssisi” kitabındakı təyyarənin dənizə qərq olması mənə həmişə o təyyarənin bir daha işıq üzü görməyəcəyinə dair bir əminlik hissi verirdi. Lakin indi vəziyyət fərqlidir. Bu dəfə həqiqət dənizin dibində qalmaq əvəzinə, üzə çıxmağa çox yaxındır. Dünya nəhayət ki, bu sirri çözmək ərəfəsindədir. ABŞ və dünya artıq cavab gözləyir. Cavab isə, bəlkə də, düşündüyümüzdən də yaxındır.

Emin Əfəndi

Yazıları Emin Əfəndinin teleqram kanalından izləyə bilərsiniz: //t.me/efendi19

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 Yanvar 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri