Icma.az
close
up
RU
Səni çəkib TikTok a verəcəyəm... Emin Əfəndi

Səni çəkib TikTok a verəcəyəm... Emin Əfəndi

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Bir dəfə Naxçıvan hava limanında belə bir hadisənin şahidi oldum.


Bir neçə reysin təxirə salınması ilə əlaqədar, həmişə olduğu kimi, ara qarışıb, məssəf itmişdi. (Bu haqda əvvəlki yazılarımda geniş yazmışam.)


Növbə anlayışı isə bəzi insanlar üçün ya xarici məfhum, ya da SSRİ nostaljisi kimi yalnız xəyallarda mövcud idi.

Basabas və xaos içində tələbə yaşlarında bir qız ehtiyatsız davranaraq təsadüfən bir yaşlı – daha doğrusu, yaşlılıqdan qocalığa keçid dövrünü yaşayan – qadının ayağını tapdaladı. Aralarındakı söz davası az keçmədən klassik “saçyoldu” janrına çevrilmək əvəzinə, yaşlı qadın telefonunu çıxarıb belə dedi:

“Hörmətli izləyicilər, bu qız indi ayağımı tapdalayıb, heç üzr istəmədi, indi mənə hədə-qorxu gəlir və s.”

Və təbii ki, “səni çəkib TikTok-a verəcəyəm” ifadəsi hər cümlənin ortasında yer alırdı.

İndi elə bir dövrdə yaşayırıq ki, məşhur olmaq üçün nə istəsən, etməlisən. Əvvəllər məşhurluq üçün istedad, zəhmət və ya ən azından nəsə bacarmaq lazım idi. İndi isə sadəcə şok effekti yaratmaq kifayətdir. Necə? Çox asan: özünü ora-bura at, kimisə təhqir et, ya da ən yaxşı halda – canlı yayımda şpaqat aç, ya salto ilə dombalaq aş.

Bütün bunlar nə üçündür? Like və baxışlar üçün.


Bəzilərimiz artıq normal həyat yaşaya bilmir, çünki hər an “bunu çəkib paylaşsam, baxış yığaram?” sualı başımızdan çıxmır.

Məsələn, bir hadisə baş verir – tutaq ki, küçədə dava düşür.


Keçmişdə insanlar ayırmağa çalışırdı.


İndi? Telefonlar çıxır, canlı yayım açılır, “baxış yığmaq lazımdır” psixologiyası işə düşür.

Sosial şəbəkələrdə məşhurlaşmaq istəyənlər hər gün yeni səviyyə tapırlar. Əvvəllər sadəcə qeyri-adi rəqs edirdilər, indi isə özlərinə xəsarət yetirənlər, başqalarını təhqir edənlər və hətta kriminal hadisələr təşkil edənlər var – təki trendə düşsünlər. Bütün bunlar “algoritm bizi sevsin” naminə edilir. Əlahəzrət algoritm isə dəyişdikcə qaydalar da dəyişir, like və baxış ovçularının davranışı da.

Təbii ki, bunların da nəticələri var. Kimsə həyatını riskə atır, kimsə psixoloji problemlərə yoluxur, kimsə isə sadəcə bir dəfə etdiyi səhv addıma görə illərlə damğalanır. Amma hamının ağlında bir şey var: “Baxış yığmaq lazımdır.”

Artıq klassik televiziya da şəbəkələşməyə doğru gedir. Əyləncə verilişlərinə baxsaq, görərik ki, artıq maraqlı qonağa yox, “baxış yığan” qonağa üstünlük verilir. Aparıcılar isə başqa bir aləmdir. Mövcud like yarışlarının əsas qəhrəmanlarıdır. Əgər yadınızdadırsa, bir neçə ay əvvəl efirdən küsüb getmək dəbdə idisə (bu, verilişə baxış gətirirdi), indi isə qonağı efirdən qovmaq trenddədir. Bu isə həm aparıcının, həm də onun verilişinin populyarlığını artırır.

Veriliş və şou-biznes ciddi sahədir. Amma ondan da ciddi məsələ insan sağlamlığıdır.


Biz artıq az qala müraciət edəcəyimiz həkimi də izləyici sayına görə seçməyə başlamışıq. Sosial şəbəkələrdə aktiv olan, izləyicilər üçün şou göstərən həkimlər daha çox diqqət cəlb edir, nəinki öz işində peşəkar olan, amma virtual dünyada görünməyənlər. Halbuki, tibbdə populyarlıq deyil, bilik və təcrübə əsas olmalıdır. Lakin bu gün xəstələr müalicə üsulunu elmi araşdırmalara yox, **“Instagram doktorları”**nın paylaşımlarına əsasən seçirlər. Həkimlər isə artıq tibb sahəsində inkişaf etmək əvəzinə, sosial şəbəkələrdə daha çox tanınmağa çalışırlar.

Bu yarışın sonu yoxdur. İnsanlar bir-birinə baxıb daha çox sensasiya yaratmağa çalışır. Bir vaxtlar yalnız şou-biznesdə olan bu fenomen indi hər sahəyə yayılıb. Jurnalistikadan tutmuş siyasətə qədər hamı informasiya yox, qalmaqal satır.

Bütün bunlar isə təkcə sosial şəbəkələrlə məhdudlaşmır. Təhsil, elm, sənət, hətta gündəlik həyat belə bundan təsirlənir. Şagirdlər dərs oxumaqdansa, TikTok-da “trendlərə düşmək” arzusundadırlar. Peşəkarlar öz sahələrində inkişaf etməyə yox, sosial mediada daha çox görünməyə çalışırlar.

Nəticə?

Bizi gələcəkdə biliyin, zəhmətin, bacarığın yox, ancaq şok effekti doğuran hərəkətlərin qiymətləndirildiyi bir cəmiyyət gözləyir. Hardasa bir alim laboratoriyada yeni kəşf üzərində çalışır, amma onu tanıyan yoxdur. Bəlkə də kəşfdən sonra belə tanıyan olmayacaq.


Digər yanda isə metroda qalmaqal çıxaran bir nəfər bir gecədə məşhur olur və bütün KİV onu tapıb efirə çıxarmaq üçün bir-biri ilə rəqabət aparır.

Əslində sual çox sadədir: biz gələcəyimizi kimlərə əmanət edirik – zəhmətlə çalışanlara, yoxsa “səni çəkib TikTok-a verəcəyəm” deyənlərə?

Emin Əfəndi

Yazıları Emin Əfəndinin teleqram kanalından izləyə bilərsiniz: //t.me/efendi19
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:447
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 Fevral 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri