Icma.az
close
up
RU
“Kenquru” müsabiqəsinin sualları əvvəlcədən sızdırılıb?

“Kenquru” müsabiqəsinin sualları əvvəlcədən sızdırılıb?

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ötən gün Azərbaycanda keçirilən “Kenquru” riyaziyyat müsabiqəsi ictimai müzakirələrə səbəb olub. 2-ci sinifdən 10-cu sinfə qədər təhsil alan şagirdlərin iştirak etdiyi imtahandan dərhal sonra sosial şəbəkələrdə paylaşılan bir video narazılıqla qarşılanıb. 

“Qafqazinfo” xəbər verir ki, müəllim İbrahim Şahbazlının hazırladığı və imtahan bitər-bitməz yayımlanan videoda sualların izahı və cavabları təqdim edilib.

Məsələyə reaksiya verən valideynlər isə həmin videonun əvvəlcədən hazırlanmış təsiri bağışladığını bildirirlər, bu ehtimal da sualların öncədən məlum olması məsələsini gündəmə gətirir. Sosial platformalarda səsləndirilən əsas iradlardan biri imtahanın şəffaflığı ilə bağlıdır. Çünki onlar hesab edirlər ki, imtahana düşən sualların əvvəlcədən müəllimə məlum olması bəzi şagirdlərin də hazırlıqlı olmaları ilə nəticələnib. Bu isə ədalətsizlik hesab olunub. 

Bununla belə, əgər sualların əvvəlcədən əldə olunması ehtimalı varsa, bu halda ödənişli əsasda (20 manat) keçirilən müsabiqənin bərabərlik prinsipi sual altına düşür. Eyni zamanda, bəzi valideynlər müəyyən məktəblərdə şagirdlərin bu müsabiqəyə könüllü deyil, məcburi şəkildə cəlb olunduğunu da iddia edir.

Müzakirələrin fonunda adıçəkilən müəllim açıqlama videosu yayıb. O qeyd edib ki, “Kenquru” beynəlxalq müsabiqədir və müxtəlif ölkələrdə fərqli tarixlərdə keçirilir. İ.Şahbazlının sözlərinə görə, yarış bundan əvvəl martda Rusiyada baş tutub və sualları əldə etmək mümkündür. O, hər kəsin bu sualları asanlıqla əldə edə biləcəyini əlavə edib: “Rusiyada martın 19-da keçirilib. Çox güman, bizdə Novruz bayramına təsadüf etdiyi üçün o tarixdə baş tutmayıb. Suallar 80-90 faiz eyni olur, sadəcə adlar dəyişir. Bunu da indi bilirsinizsə, çox gülməlidir. Həmin sualları siz də tapa bilərsiniz. Əgər həmin ölkədə yaşayan yaxınınız, qohumunuz varsa və bu müsabiqədə iştirak edibsə... Çünki başqa cür əldə etmək o qədər də sadə deyil. Bu materiallar harasa yüklənsə, “Kenquru” heyəti bunu bloklayır. Səbəb isə müəllif hüquqlarının qorunmasıdır. Ona görə də bu sualları tapmağınız bir qədər absurddur. Yəqin ki, bir çoxunuz artıq axtarmısınız və tapa bilməmisiniz. Düşünmüsünüz ki, sızıntı var”. 

Daha sonra o,“Claude” (red: süni intellekt əsaslı proqram) vasitəsilə axtarışlar apardığını və nəticə əldə etmədiyini də əyani şəkildə göstərib: “Mənim əlaqələrim çox olduğu üçün bu sualları əldə etmişəm, lakin bunlar sızıntı deyil. Suallar oxşardır, amma açıb əlinizdəki test kitabçası ilə mənim paylaşdıqlarıma baxsanız, fərqli olduğunu görəcəksiniz. Valideynlər narahatdılar ki, suallar paylaşılıb, şəffaflıq pozulub, belə deyil. Uşaqlar imtahandan çıxandan sonra mənə test kitabçalarının şəkillərini atıblar, baxmışıq, uyğunsuz olduğunu görüb daha sonra bu videonu paylaşmışıq. Deyəcəksiniz ki, video imtahan bitən kimi paylaşıldı. Bizim uşaqlardan imtahandan tez çıxanlar da olub”. 

Mövzu ilə bağlı Təhsil İnstitutuna sorğu ünvanlamışıq. 

Qeyd edək ki, “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən ildə bir dəfə olmaqla keçirilir. Azərbaycanda isə 2018-ci ildən Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən təşkil olunur. Aprelin 12-də II–X sinif şagirdləri arasında müsabiqənin birinci mərhələsi keçirilib. Həmin mərhələdə yüksək nəticə göstərən şagirdlər növbətiyə vəsiqə qazanacaqlar. Nəticələrin yaxın günlərdə elan olunacağı gözlənilir.

Lamiyə Məmmədova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Aprel 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri