Icma.az
close
up
RU
“Kenquru” müsabiqəsinin sualları əvvəlcədən sızdırılıb?

“Kenquru” müsabiqəsinin sualları əvvəlcədən sızdırılıb?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ötən gün Azərbaycanda keçirilən “Kenquru” riyaziyyat müsabiqəsi ictimai müzakirələrə səbəb olub. 2-ci sinifdən 10-cu sinfə qədər təhsil alan şagirdlərin iştirak etdiyi imtahandan dərhal sonra sosial şəbəkələrdə paylaşılan bir video narazılıqla qarşılanıb. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müəllim İbrahim Şahbazlının hazırladığı və imtahan bitər-bitməz yayımlanan videoda sualların izahı və cavabları təqdim edilib.

Məsələyə reaksiya verən valideynlər isə həmin videonun əvvəlcədən hazırlanmış təsiri bağışladığını bildirirlər, bu ehtimal da sualların öncədən məlum olması məsələsini gündəmə gətirir. Sosial platformalarda səsləndirilən əsas iradlardan biri imtahanın şəffaflığı ilə bağlıdır. Çünki onlar hesab edirlər ki, imtahana düşən sualların əvvəlcədən müəllimə məlum olması bəzi şagirdlərin də hazırlıqlı olmaları ilə nəticələnib. Bu isə ədalətsizlik hesab olunub.

Bununla belə, əgər sualların əvvəlcədən əldə olunması ehtimalı varsa, bu halda ödənişli əsasda (20 manat) keçirilən müsabiqənin bərabərlik prinsipi sual altına düşür. Eyni zamanda, bəzi valideynlər müəyyən məktəblərdə şagirdlərin bu müsabiqəyə könüllü deyil, məcburi şəkildə cəlb olunduğunu da iddia edir.

Müzakirələrin fonunda adıçəkilən müəllim açıqlama videosu yayıb. O qeyd edib ki, “Kenquru” beynəlxalq müsabiqədir və müxtəlif ölkələrdə fərqli tarixlərdə keçirilir. İ.Şahbazlının sözlərinə görə, yarış bundan əvvəl martda Rusiyada baş tutub və sualları əldə etmək mümkündür. O, hər kəsin bu sualları asanlıqla əldə edə biləcəyini əlavə edib: “Rusiyada martın 19-da keçirilib. Çox güman, bizdə Novruz bayramına təsadüf etdiyi üçün o tarixdə baş tutmayıb. Suallar 80-90 faiz eyni olur, sadəcə adlar dəyişir. Bunu da indi bilirsinizsə, çox gülməlidir. Həmin sualları siz də tapa bilərsiniz. Əgər həmin ölkədə yaşayan yaxınınız, qohumunuz varsa və bu müsabiqədə iştirak edibsə… Çünki başqa cür əldə etmək o qədər də sadə deyil. Bu materiallar harasa yüklənsə, “Kenquru” heyəti bunu bloklayır. Səbəb isə müəllif hüquqlarının qorunmasıdır. Ona görə də bu sualları tapmağınız bir qədər absurddur. Yəqin ki, bir çoxunuz artıq axtarmısınız və tapa bilməmisiniz. Düşünmüsünüz ki, sızıntı var”.

Daha sonra o,“Claude” (red: süni intellekt əsaslı proqram) vasitəsilə axtarışlar apardığını və nəticə əldə etmədiyini də əyani şəkildə göstərib: “Mənim əlaqələrim çox olduğu üçün bu sualları əldə etmişəm, lakin bunlar sızıntı deyil. Suallar oxşardır, amma açıb əlinizdəki test kitabçası ilə mənim paylaşdıqlarıma baxsanız, fərqli olduğunu görəcəksiniz. Valideynlər narahatdılar ki, suallar paylaşılıb, şəffaflıq pozulub, belə deyil. Uşaqlar imtahandan çıxandan sonra mənə test kitabçalarının şəkillərini atıblar, baxmışıq, uyğunsuz olduğunu görüb daha sonra bu videonu paylaşmışıq. Deyəcəksiniz ki, video imtahan bitən kimi paylaşıldı. Bizim uşaqlardan imtahandan tez çıxanlar da olub”.

Mövzu ilə bağlı Təhsil İnstitutuna sorğu ünvanlamışıq.

Qeyd edək ki, “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən ildə bir dəfə olmaqla keçirilir. Azərbaycanda isə 2018-ci ildən Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən təşkil olunur. Aprelin 12-də II–X sinif şagirdləri arasında müsabiqənin birinci mərhələsi keçirilib. Həmin mərhələdə yüksək nəticə göstərən şagirdlər növbətiyə vəsiqə qazanacaqlar. Nəticələrin yaxın günlərdə elan olunacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:389
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Aprel 2026 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri