Icma.az
close
up
RU
“Kəpəz” bir qolla daha bir pillə irəlilədi

“Kəpəz” bir qolla daha bir pillə irəlilədi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kəpəz (Gəncə) - Sumqayıt 1:0 (1:0)
1. Rojerio Santos - 7,0
7. Ehtiram Şahverdiyev - 6,5
(8. Elmir Tağıyev, 70) - 4,5
5. Rauf Hüseynli - 6,5
21. Camal Cəfərov - 6,0
(99. Əli Səmədov, 83) - qiymətsiz
17. Ümid Səmədov - 6,0
26. Valdemar Almeyda - 6,0
9. Luis Paçu - 6,5
29. Dioqo Verdaşka - 6,0
78. Yeqor Xvalko (k) - 6,0
28. Rati Ardazişvili - 6,0
(88. Şervoni Mabatşoyev, 90+2) - qiymətsiz
3. Mahamadu Ba - 6,5
(10. Karim Lkoça, 70) - 5,0
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
18. Elgün Bayramov
2. İlkin Qırtımov
12. Turan Manafov
70. Nicat Süleymanov
6. Nemət Musayev
19. Sadiq Şəfiyev
11. Trent Buhagyar
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Rojerio Santos
1. Mehdi Cənnətov - 6,5
6. Vüqar Mustafayev (k) - 5,5
(60. Tresor Mossi, 77) - qiymətsiz
2. Sərtan Taşkın - 5,0
7. Rövlan Muradov - 5,5
(99. Silvanus Nimeli, 70) - 4,5
17. Murad Xaçayev - 5,5
8. Səbuhi Abdullazadə - 5,0
(12. Georgi Karaişvili, 57) - 5,0
20. Ayxan Süleymanlı - 5,0
19. Roy Kehat - 5,5
5. Alan Dias - 5,0
23. Ronaldo Vaskes - 5,5
9. Bobir Abdixolikov - 5,5
(11. Momo Yansane, 77) - qiymətsiz
Ehtiyat oyunçular
36. Xəyal Fərzullayev
94. Rəşad Əzizli
21. Nihad Əhmədzadə
24. Sənan Muradlı
75. Nadir Orucov
77. Casurbek Caloliddinov
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Mehdi Cənnətov
Qol: R.Hüseynli, 11-p.
Vərəqələr: M.Ba, 22 (qeyri-idman hərəkəti). A.Dias, 29 (oyun qaydalarının sistematik şəkildə pozulması). Ü.Səmədov, 78 (qeyri-idman hərəkəti). G.Karaişvili, 87 (qeyri-idman hərəkəti). Ə.Səmədov, 89 (qeyri-idman hərəkəti). Y.Xvalko, 89 (qeyri-idman hərəkəti). R.Ardazişvili, 89 (qeyri-idman hərəkəti). R.Santos, 90+5 (oyunun 
bərpasının ləngidilməsi) - sarı. V.Mustafayev, 89 (təcavüzkar davranış). R.Əzizli, 89 (təcavüzkar davranış) - qırmızı. 
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Elçin Məsiyev (Bakı).
VAR hakiminin köməkçisi: Pərvin Talıbov (Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
11 may. Tovuz. Şəhər stadionu. 400 tamaşaçı (6800 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 8 dəqiqə əlavə olunub. 
Oyunun qiyməti: 5,5.
“Səbail”in elitadan düşməsi rəsmiləşəndən sonra “Kəpəz” üzərində dolaşan “qara buludlar” dağıldı. Artıq “sarı-göylər” üçün əsas hədəf turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq idi. Tovuza bu mənada münasib rəqib – “Sumqayıt” gəlmişdi.
5-ci dəqiqədə Xvalkonun uzun ötürməsi ilə irəli çıxan Paçunu Dias kobud şəkildə, köynəyindən dartaraq saxladı. Əvvəlcə oyunu davam etdirən baş hakim daha sonra VAR-a yaxınlaşıb epizodu izləyəndən sonra penalti qərarı verdi. “Nöqtə”yə yaxınlaşan Rauf Hüseynli dəqiq zərbə ilə Cənnətovu məyus etdi. Qonaqlar 27-ci dəqiqədə hesabı bərabərləşdirməyə yaxın oldu. Səbuhinin ötürməsindən sonra birbaşa qapını nişan alan Rövlanın sevinməsinə Rojerio imkan vermədi. 30-cu və 39-cu dəqiqələrdə Ehtiram iki dəfə qapını yoxladı. Əvvəlcə cərimə zərbəsindən, daha sonra uzaq məsafədən güclü zərbə ilə. Hər iki halda Cənnətov yerindəydi. Hissənin sonunda Xaçayev də uzaqdan bəxtini sınadı, lakin top qapının yanından keçdi.
2-ci hissədə də temp aşağı düşmədi. 57-ci dəqiqədə Ronaldodan topu alan Valdemar Paçuya ötürmə verdi. Luis topu Raufa çatdırdı, Raufun qapı qarşısına ötürməsini isə nə Paçu, nə də Ba tamamladı.
67-ci dəqiqədə isə Abdixolikov təkbətəkdən yararlana bilmədi. 80-ci dəqiqədə Ronaldo cərimə zərbəsindən qapı qarşısına ötürmə verdi. Xvalko topu uzaqlaşdıra bilmədi. Rojerio ard-arda əvvəlcə Karaişvilinin, sonra Yansanenin zərbələrini qaytardı.
“Kəpəz” bu qələbə sayəsində bir pillə irəlilədi. Maraqlı məqam odu ki, dünən “Sumqayıt”da baş məşqçi ayrılığı yaşandı. Bu isə Azər Bağırovun daha bir mütəxəssisi “istefaya göndərməsi” deməkdi. Daha öncə “Neftçi”də Roman Qriqorçuk, “Səbail”də Şahin Diniyev eyni aqibəti yaşayıb.
Reaksiyalar
Vaqif Cavadov: “Hər iki komanda qalib gəlmək istəyirdi. Məncə, hakimlər hər şey elədi ki, “Kəpəz” qalib gəlsin. Bizim də imkanlarımız var idi, yararlana bilmədik. Rəhbərlik nə qərar qəbul verərsə, onun arxasında olacam. Mənim getməyim kiməsə xeyir verəcəksə, niyə də yox?! Bu gün əlimdəm gələni edirəm ki, komanda qalib gəlsin. Şans olsaydı, nəyi dəyişərdim?  Bəzi futbolçuları dəyişərdim. Heç kimi alçaltmaq istəmirəm. Qaçmasan, işləməsən, mümkün deyil ki, qalib gələsən. Bu komandanı mən qurmamışam. İstədiyim futbolçular olmayıb. Əsas vəzifə premyer-liqada qalmaq idi. Demək olar ki, bir çox futbolçunun müqavilə müddəti bitir. Onlar da sağ olsun, mübarizə aparırlar”.
Azər Bağırov: “İnanıram ki, hər iki hissə hamının xoşuna gəldi. Çempionatda qalmağı təmin etmişdik. Dünən axşam və bu gün danışıqlarımız oldu. Hər oyun futbolçuların həyatında bir parçadı. Bütün “Kəpəz” camiəsini və azarkeşləri təbrik edirəm ki, bir pillə də irəlilədik. Komandanın çox motivasiyalı olmasının səbəbi nə idi? Artıq üzərimizdə psixoloji basqı yoxdu”.
Gözdən qaçmadı
* 65-ci dəqiqədə Vaqif Cavadov hakimin qərarına etiraz etdiyinə görə “sarı” aldı. 
* 86-cı dəqiqədə “Sumqayıt” və “Kəpəz” futbolçuları arasında insident yaşandı. Karaişvili öncə topu Ümidin üzərinə vurdu, ardından ona barmaq silkələdi. Belədə başqa futbolçular da olaya müdaxilə etdi.
ƏSƏD SEYİDOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 May 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri