Icma.az
close
up
RU
“Kəpəz” üç qol vurdu, iki pillə irəlilədi

“Kəpəz” üç qol vurdu, iki pillə irəlilədi

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kəpəz (Gəncə) - Sabah (Bakı) 3:2 (1:2)
1. Rojerio Santos - 6,0 
7. Ehtiram Şahverdiyev - 5,5
(99. Əli Səmədov, 46) - 6,0 
12. Turan Manafov - 6,0 
5. Rauf Hüseynli - 6,0 
21. Camal Cəfərov - 5,5
(70. Nicat Süleymanov, 90) - qiymətsiz
26. Valdemar Almeyda - 5,5
(2. İlkin Qırtımov, 90+5) - qiymətsiz
9. Luis Paçu - 5,5
29. Dioqo Verdaska - 5,0 
78. Yeqor Xvalko (k) - 5,5
28. Rati Ardazişvili - 6,0 
(10. Karim Lkoça, 86) - qiymətsiz
3. Mahamadu Ba - 6,5 
Ehtiyat oyunçular 
22. Məmməd Hüseynov 
18. Elgün Bayramov 
8. Elmir Tağıyev 
6. Nemət Musayev 
17. Ümid Səmədov 
15. Cavad Kərimov 
88. Şevroni Mabatşoyev 
Baş məşqçi: Araz Bağırov 
Komandanın ən yaxşısı: Mahamadu Ba
1. Yusif İmanov - 4,5 
17. Tellur Mütəllimov - 5,5 
(7. Boyan Letiç, 79) - qiymətsiz 
2. Amin Seydiyev (k) - 5,5 
5. Rəhman Daşdəmirov - 5,0 
88. Xəyal Əliyev - 5,5 
(12. Vinsent Till, 64) - 4,5 
20. Coy-Lens Mikels - 5,5 
44. Sofian Çakla - 5,0 
18. Pavol Şafranko - 5,5 
(99. Neqoş Kupusoviç, 64) - 5,0 
40. İqor Noqeyra - 4,5
70. Cesse Sekidika - 6,0 
(11. Kahim Parris, 79) - qiymətsiz                       
33. Umarəli Raxmonəliyev - 5,5 
 (77. Şakir Seyidov, 55) - 5,0 
Ehtiyat oyunçular 
92. Stas Pokatilov 
55. Nicat Mehbalıyev 
9. Anatoli Nuriyev 
22. Abdulla Rzayev 
32. Elgün Dünyamalıyev 
13. İvan Lepinitsa 
Baş məşqçi: Vasili Berezutski 
 Komandanın ən yaxşısı: Cesse Sekidika 
Qollar: P.Şafranko, 6-p. (0:1). M.Ba, 11 (1:1). C.Sekidika, 45+4 (1:2, T.Mütəllimov). Ə.Səmədov, 54 (2:2). R.Hüseynli, 64-p. (3:2). 
Vərəqələr: R.Hüseynli, 74 (hakimin qərarına etiraz). İ.Noqeyra, 14 (qeyri-idman hərəkəti). R.Daşdəmirov, 66 (qeyri-idman hərəkəti) - sarı. İ.Noqeyra, 63 (qeyri-idman hərəkəti) - qırmızı (ikinci sarı). 
Hakimlər: FƏRİD HACIYEV, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev  (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Namiq Hüseynov  (Bakı).
Hakim-inspektor: Vüsal Əliyev  (Bakı).
AFFA nümayəndəsi: Namiq Əliyev (Bakı). 
31 yanvar. Tovuz. Şəhər stadionu. 300 tamaşaçı (6800 yerlik). 
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub. 
Oyunun qiyməti: 6,5.
21-ci turun Tovuzda keçirilən açılış matçı komandalar üçün xüsusi əhəmiyyət daşıyırdı. Bir tərəfdə sonuncu pillədən qurtulmaq istəyən “Kəpəz”, digər tərəfdə isə avrokubok iddiasını gizlətməyən və fasilədən sonra qələbəyə həsrət qalan “Sabah” var idi.

Artıq 4-cü dəqiqədə Şafrankonun zərbəsinə blok qoysalar da, Ehtiram topu uzaqlaşdıra bilmədi. Xəyal Əliyevin qapıya yönəltdiyi top Rauf Hüseynlinin əlinə dəydi. Referi “nöqtə”ni göstərdi. Şafranko - Rojerio düelindən hücumçu qalib ayrıldı. Cəmi 5 dəqiqə sonra “Kəpəz” hesabı bərabərləşdirdi. Bu qol birmənalı şəkildə Yusif İmanovun vicdanına yazılmalıdı. Onun irəli ötürdüyü topu ələ keçirən Ba dərhal qapını “nişan aldı”.
Bundan sonra da qarşılıqlı hücumlar davam etdi. 17-ci dəqiqədə Mikels Verdaşkadan topu “oğurlayıb” Şafrankoya ötürmə verdi. Şafranko topu Coy-Lensə qaytardı. Mikels zərbə endirsə də, Rojerio yerində idi. “Kəpəz” hesabda önə keçməyə yaxın oldu. Ehtiramdan ötürmə alan Paçu çevrilib zərbə endirmək istəsə də, Yusif önə atılıb zərbənin qarşısını aldı. Qapını boş görən Turan zərbə endirsə də, top toru yandan silkələdi. 44-cü dəqiqədə Mikels üç rəqibdən sıyrılıb Şafrankoya ötürmə verdi. Slovakiyalı topu komanda yoldaşına qaytarsa da, Mikels “Kəpəz”in cərimə meydançasında yerdə qaldı. Fərid Hacıyev yenə “nöqtə”ni göstərdi. Ancaq VAR-a baxandan sonra Xvalkonun topa oynadığını görüb, qərarını dəyişdi. Buna baxmayaraq, “Sabah” yenidən fərqlənməyi bacardı. Uzatma dəqiqələrində Tellurun qapı qarşısına ötürməsini Sekidika dəqiq zərbə ilə topu tora qovuşdurdu - 1:2.
Düşünmək olardı ki, oyunda 2-ci dəfə önə keçən “bayquşlar” daha qələbəni əldən verməyəcək. Ancaq belə olmadı. 54-cü dəqiqədə Raufun qapı qarşısına ötürməsini Noqeyra uzaqlaşdıra bilmədi. Əli Səmədov başla zərbə endirərək hesabı bərabərləşdirməyə bacardı - 2:2. 58-ci dəqiqədə Xəyalın uzun ötürməsini qəbul edən Mikels irəliləyib uzaqdan bəxtini sınasa da, Rojerio topu dəf etməyi bacardı. Saniyələr sonra Amin Noqeyraya ötürmə verdi. İqor isə topu geridə olan Yusifə qaytardı. Noqeyra topu ələ keçirmək üçün pressinq edən Ardazişvilinin dabanına təmas edərək futbolçunu yerdə qoydu. Referi öncə oyunu davam etdirsə də, sonra VAR kamerasına yaxınalaşaraq epizodu yaxından izlədi. Və belədə öncə “nöqtə”ni göstərdi, ardından İqora ikinci “sarı” ilə meydandan qovdu. Rauf Hüseynli 11 metrlik cərimə zərbəsindən fərqlənməyi bacardı - 3:2. Sona hələ xeyli vaxt qalsa da, qonaqlar məğlubiyyətdən qaşa bilmədi.
Beləliklə, “Kəpəz” bu qələbə sayəsində yenidən “Səbail”i turnir cədvəlində geridə qoymağı bacardı. “Neftçi” – “Şamaxı” oyunundan sonra gəncəlilərin “şirlər”i də ötüb 8-ci pilləyə yüksəlməsi dəqiqləşdi. “Sabah” isə artıq 4 turdu qələbəyə həsrətdi. 
Gözdən qaçmadı
* “Kəpəz”in amiqosu azarkeşlərdən nalayiq ifadələr səsləndirməməyi xahiş etdi. 
* Azər Bağırov cəzalı olduğuna görə oyunu tribunadan izlədi. Fasilədə azyaşlı azarkeşlər onunla şəkil çəkdirdi. 
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Fevral 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri