Kəpəz də Azər Bağırovu rumıniyalı çalışdırıcı əvəz edə bilər
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Kəpəz" klubunun rəsmiləri komandanın sükanını Azər Bağırovun əvəzinə rumıniyalı çalışdırıcı Mirça Rednikə həvalə etmək niyyətindədirlər.
Oxu.Az "Apasport"a istinadən xəbər verir ki, Gəncə təmsilçisi artıq rumıniyalı mütəxəssislə əlaqəyə keçib.
Bildirilir ki, Rednik özü də Azərbaycana qayıtmağa müsbət yanaşır. Hətta təcrübəli məşqçinin "Kəpəz"ə "gələrəm" dediyi də məlum olub.
Amma əsas məsələ maliyyə şərtləridir. Rednik yalnız nəzərdə tutduğu heyəti yığmaq üçün tələb olunan büdcənin ayrılacağı təqdirdə Gəncə klubuna gəlməyə razıdır.
Qeyd edək ki, 63 yaşlı məşqçi ölkə xaricində "Ən-Nəsr", "Əl-Faysali" (hər ikisi Səudiyyə Ərəbistanı), "Alaniya" (Rusiya), "Gent", "Standart" və "Muskron"u (hamısı Belçika) çalışdırıb. Hazırda isə Rednik "UTA Arad"ın baş məşqçisi postundadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 01 May 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















