“Kəpəz” FK Birinci Liqanın bombardiri olan legioneri transfer etdi
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Birinci Liqa təmsilçi “Mingəçevir”in sabiq futbolçusu Kenet Kalunqa Premyer Liqa klubunda oynayacaq.
İdman.Biz prosport.az-a istinadən xəbər verir ki, zambiyalı hücumçu “Kəpəz”ə keçib.
Ötən mövsüm Birinci Liqanın 15 qolla ikinci ən yaxşı bombardiri olmuş Kalunqa ilə yaxın günlərdə bir illik müqavilə imzalanacaq.
Qeyd edək ki, 29 yaşlı hücumçunu “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Cavid Hüseynov da istəyirdi. O, qeyri-rəsmi çalışdırdığı “Cəbrayıl”dan onu hədəfləmişdi. “Kəpəz” isə Kenet Kalunqanı hələ qış fasiləsində - Azər Bağırovun vaxtından istəyirdi. Lakin onda “Mingəçevir” Premyer Liqaya oynadığından, klub futbolçuya gələn təklifi gizlətmişdi.
Bu mövzuda digər xəbərlər:“Kəpəz” Birinci Liqanın bombardirini transfer etmək istəyir
20 Oktyabr 2026 16:27
Birinci Liqanın lideri xal itirdi
19 Fevral 2026 18:31
Birinci Liqanın oyunları bu kanallarda
25 Dekabr 2025 12:44
Birinci Liqanın debütantında maliyyə probelmi
01 İyul 2026 12:27
18 qolla birinci sırada yer almaq qürurvericidir Liqanın köhnə yeni bombardiri
23 Dekabr 2025 16:33
Baxış sayı:122
Bu xəbər 11 İyul 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















