18 qolla birinci sırada yer almaq qürurvericidir Liqanın köhnə yeni bombardiri
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
2-ci Liqanın 14-cü turunda "Quba" öz meydanında "Ağdaş"ı 6:1 hesabı ilə üstələdi. Bu oyunda 3 qol vuran kapitanı Vidadi Cəfərov həm də qol ötürməsi ilə yadda qaldı. Hazırda liqanın bombardirlər cədvəlində 18 qolla zirvədə mövqe tutan 25 yaşlı hücumçu ilə əlaqə saxlayıb həm reallaşdırdıqları darmadağın, həm də şəxsi performansı barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a dediklərini təqdim edirik:
"Oyuna yaxşı hazırlaşmışdıq. "Ağdaş"ı təhlil etmişdik. Birinci dövrədə bu komanda ilə oyunda xal itirmişdik. Bu dəfə daha məsuliyyətli oynamalı olduğumuzun fərqindəydik. Şadam ki, qələbə qazandıq. Komandamın qələbəsinə 3 qol və məhsuldar ötürmə ilə töhfə verdiyim üçün çox sevincliyəm. Əlbəttə ki, ən əsası komandanın uğurudur.
Hazırda bombardirlik yarışında da ciddi rəqabət var. 18 qolla birinci sırada yer almaq qürurvericidir. Layiq olduğum mövqeyə qayıtdığımı düşünrəm. Buna görə şadam. Ardını gətirmək niyyətindəyəm. Qış fasiləsindən sonra daha yaxşı formada olacağıma və qollar vurmağa davam edəcəyimə inanıram".
Xatırladaq ki, Cəfərov ötən mövsüm "Şəmkir"in heyətində 31 qol vuraraq 2-ci Liqanın bombardiri olub.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 23 Dekabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















