“Kəpəz” hədəfinə çatır göndəriləcək futbolçular artıq bəlli olur
Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.
Hazırda turnir cədvəlində 9-cü pillədə qərarlaşan və düşmə zonasından 7 xal öndə olan “Kəpəz”in artıq yeni mövsümlə bağlı planları bəllidi.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi Premyer Liqada qala bilsə, yeni mövsümdən heyəti demək olar ki, yeniləyəcək.
Klub rəhbərliyi baş məşqçi Azər Bağırovla yola davam etmək niyyətindədi və bununla bağlı çalışdırıcı ilə söhbət edilib.
Lakin heyətdən bir çox futbolçunu yeni mövsümdən “Kəpəz”də görə bilməyəcəyik. Belə ki, “sarı-göylər” PL-də qalmağı bacarsa, legionerlərdən Valdemar Almeyda, Kərim Lkoça, Şervoni Mabatşoev, Trent Buhagiar, yerlilərdən isə İlkin Qırtımov, Nicat Süleymanov, Ümid Səmədovla yollar ayrılacaq.

Sənədləşmə işləri başa çatır “Kəpəz” yeni sponsoruna qovuşur
12 Fevral 2025 13:57
“Real” istəyinə çatır
13 Fevral 2025 21:35
“Kəpəz” yenə o “Kəpəz” olacaq...
15 Noyabr 2024 11:19
Birillik həsrəti sona çatır
10 Yanvar 2025 21:13
“Binokl diplomatiyası” başa çatır...
11 Yanvar 2025 11:39

