Sənədləşmə işləri başa çatır “Kəpəz” yeni sponsoruna qovuşur
Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Kəpəz”in yeni sponsoruna qovuşması an məsələsidi. Adı açıqlanmayan, lakin SOCAR-a bağlı olduğu bilinən şirkət klubu himayəyə götürməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, sənədləşmə işləri artıq yekunlaşmaq üzrədi.
Bütün sənədləşmə işlərinin yaxın 10 gündə bitəcəyi və Gəncə təmsilçisi yeni himayədarını ən geci bu ayın axırı ictimaiyyətə açıqlayacağı gözlənilir.
Yeni sponsorun komandaya ciddi maliyyə ayıracağı, komandanı iddialı duruma gətirəcəyi də bildirilir.
Qeyd edək ki, adının açıqlanmasını hələ ki, istəməyən şirkət cari mövsümdə komandaya ilkin olaraq 500 min manat yardım edib.
Bu mövzuda digər xəbərlər:Kəpəz sponsoruna qovuşur: Razılıq əldə olunub
14 Fevral 2025 14:34
Mingəçevir sabah sponsoruna qovuşur
14 Yanvar 2025 12:41
“Kəpəz” hədəfinə çatır göndəriləcək futbolçular artıq bəlli olur
10 Aprel 2025 10:14
Sənədləşmə işi tamamlanmaq üzrədir
08 Yanvar 2025 15:44
Qeydiyyat başa çatır
08 İyun 2026 12:01
Baxış sayı:140
Bu xəbər 12 Fevral 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















